Daha bir kitab Yeniliklər  |  3(274) 2014  |  "Samur"

    Bu günlərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Məmmədağa Sərdarovun “Doğmalarım, əzizlərim” adlı növbəti kitabı çapdan çıxmışdır. İki monoqrafiyanın, 50 elmi məqalənin, 150-dən çox publisist məqalənin, bir neçə kitabın müəllifi olan M.Sərdarovun yeni kitabına onun keçdiyi ömür yolu haqqında məlumatlar, qələm sahibinin müxtəlif illərdə doğmalarına və əzizlərinə Azərbaycan, ləzgi və rus dillərində  həsr etdiyi şeirlər, eşitdiyi müdrik kəlamlar daxil edilib. Ümidvarıq ki, müəllifin yeni kitabı oxucuların zövqünü oxşayacaq. Kitabın məsləhətçisi şair, publisist, tədqiqatçı Teyyub Qurban, redaktoru şair-jurnalist Müzəffər Məlikməmmədovdur.