Vətənin layiqli oğullari "Самурдин мектеб"  |  2(261) 2013  |  Maqsud Xəlilov

Yolum Şirvana idi. Buraya Bakı şəhərindən təkmilləşdirmə kursunda olarkən dostlaşdığım səmimi insan İlham Abbasovun dəvəti ilə gedirdim. Azərbaycanın bölgələrini gəzmək həmişə arzum olub  və imkan düşdükcə bu niyyətimi reallaşdırmağa çalışmışam . Şirvan isə məni daha çox çəkirdi. Çünki bu şəhər hələ 1977-1979-cu illərdə Sovet ordusu sıralarında Monqolustanda hərbi xidmətdə olduğum vaxtlarda bölük komandirim olmuş bacarıqlı hərbçi, səmimi insan Akif Şərafət oğlu Həbibovun dünyaya göz açdığı şəhər idi. Şirvanlı dostlarımdan Akif Həbibovun dünyasını dəyişdiyini eşidəndə bu acı xəbər məni çox kədərləndirmişdi.
Şirvan şəhərində Akif Həbibiovun qardaşı Arif Həbibovu tapdıq. Birlikdə qəbiristanlığa yollandıq. Qəbirnin üstündə ücalan büstü görəndə nə hisslər keçirdiyimi ifadə etməyə söz tapmıram. Akif Həbibovun  komandirlyi ilə piyadaların döyüş maşınlarında  Monqolustan çöllərində keçirdiyimiz əsgərlik həyatının açılı-şirinli günləri, ayları  gözümün önünə gəldi. O vaxt komandirimizin rəhbərliyi ilə biz əsl həyat  məktəbi keçdik, mətinlik, dözümlülük, cəsarətə aparan yolun cığırına düşdük. Sonralar isə bu həyat dərslərinin, bu sınaqların dövranın dolanbac yollarında mənə necə lazım olduğunu bir daha anladım.
Görüşüb söhbət etdiyim insanların hamısı  üç hərbçi yetirmiş Həbibovlar ailəsi haqqında xoş sözlər dedilər, onların cəsarətindən, mərdliyindən, vətənin layiqli övladları olmalarından fəxrlə danışdılar.
Komandirimin büstünün yanında ikinci bir büst də var. Bu büst isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Kəl-bəcərdə ermənilərə  qarşı  döyüşlərdə qəhrəmanlıqla həlak olmuş Rəfail Şərafət oğlu Həbibiova ucaldılıb.
Bəli, polkovnik-leytnant Akif Həbi-bovun faciəli ölümü məni nə qədər yandırsa da, Rəfail Həbibiovun həlak olması məni nəqər ağrıtsa da içimdən belə oğullara qarşı bir fəxarət hissi keçdi, bu layiqli vətən oğullarının şücaəti qarşısında baş əydim, nə yaxşı ki, belə oğullar var, deyə düşündüm.


Maqsud Xəlilov,
İsmayıllı rayonundakı Sumağallı kənd tam orta məktəbinin müəllimi