Поэзия | 3(274) 2014


Bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilən şeir gecəsi öz qeyri-adiliyi və yüksək səviy-yəsi ilə seçilirdi. Dünyanın 72 ölkəsindən iştirakçıların qatıldığı gecənin təşkilatçısı olan Bab İ Aləm Uluslararası Öğrənci dərnəyinin məqsədi gəncləri dünya xalqlarının ana dilləri ilə yaxından tanış etmək və həmin dillərdə poeziya nümunələrini səsləndirmək idi. Şeir gecəsinə qatılan gənclər türk, yapon, qanqal, Azərbaycan, fars, fransız və başqa dillərdə şeirlər oxudular.
Ləzgi dilini həmin gecədə Sərxan Yolcuyev təmsil etdi. Yolcuyev Sərxan Əlibala oglu 1995-ci ildə Oguz rayonunun Qarabulaq kəndində anadan olub. Həmin kənddə təhsilini 10-cu sinfə kimi davam etdirib, 11-ci sinfi Şəki Araz hazirliq kursunda bitirib. Hal-hazirda Istanbul Ticarət Universitetin-də sənaye mühəndisliyi fakültəsində oxuyur.
Sərxan bədii qiraətə olan marağı və ləzgi dilinə olan sevgisi ilə hər zaman seçilib. “Samur” qəzetinin oxucusu olan, yay tətili günlərində redaksiyamıza gəlib əməkdaşlarımızla yaxından tanış olmaq arzusunda olan Sərxan şeir gecəsi ilə bağlı təəssüratlarını böyük sevinclə bi-zimlə bölüşdü:
“Bu seir gecəsində iştirak etməyimin əsas səbəbi ana dilim olan ləzgi dilinə olan sonsuz məhəbbətim idi. 72 ölkədən bü möhtəşəm gecəyə gələn insanlara dilimizin gözəlliyini göstərmək istəyirdim. Allaha min şükür ki, tədbiri yüksək səviyyədə keçirə bildik. Gecədə oxudugum şeri mənə Bab I Aləm Uluslararası Ögrənci dərnəyinin Kafkasiya masa başkanı Zaur Beyoglu məsləhət gördü: bu, Sədaqət Kərimovanın "Çan dide" seiri idi. Onu da qeyd edim ki, Zaur Beyoglu əslən Qusar rayonunun Hil kəndindəndir. Qəzet vasitəsilə xususi təşəkkürlərimi bu iki insana bildirmək istəyirəm."
Azizrin Sevda


Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий