Yeniliklər | 3(274) 2014

Azərbaycan Döylət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun yerdiyi məlumata görə, yaxın vaxtlarda Bakı buxtasında kiçik dəniz taksiləri fəaliyyətə başlayacaq. Onlar Dövlət Bayrağı Meydanından Əhmədli qəsəbəsinədək və əks istiqamətdə xidmət göstərəcək. Belə taksilər gələcəkdə Bakı buxtasını hazırda abadlıq işləri aparılan Nargin adası ilə birləşdirəcək. Katerlərin sürəti Nargin adasına 5-8 dəqiqəyə çatmağa imkan verəcək. Dəniz taksilərinin dayanacağı bulvardakı paraşüt qülləsinin yaxınlığında yerləşəcək. Hələlik buxtaya 4 kater gətirilib. Hazırda Azərbaycan Döylət Dəniz Administrasiyasının sifarişi ilə Türkiyədə yeni katerlər istehsal olunur. Dəniz taksiləri 5 istiqamətdə fəaliyyət göstərəcək.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий