Yeniliklər | 3(274) 2014

Türkiyə Böyük Millət Məclisi «Demokratikləşmə paketi» adlı qanun layihəsini qəbul edib. Qanunda qeyd olunur ki, ölkədə keçiriləcək bütün seçki proseslərində təbliğat kampaniyaları türk dili ilə yanaşı, fərqli dillərdə də aparıla biləcək. Türk vətəndaşlarının fərqli dillərdə və ləhcələrdə təhsil almaları üçün məktəblərin açılacağı da qeyd edilib. İnsanların təhsil almaq hüququnu məhdudlaşdıran şəxsləri 2 ildən 5 ilə qədər həbs cəzası gözləyir. Hər hansı bir şəxsin dini inancına uyğun olaraq ibadət etməsinə mane olmaq istəyənlər barəsində 1 ildən 3 ilə qədər həbs cəzası nəzərdə tutulub.
Yeni qanunlar paketində qeyd olunub ki, dil, irq, millət, rəng, cinsiyyət, siyasi düşüncə, fəlsəfi inanc, din və ya məzhəbinə görə fərqlənən insanlara nifrət məqsədi ilə, daşınar və daşınmaz əmlakın satılmasına, onlara müxtəlif ictimai xidmətlərin göstərilməsinə, həmin şəxslərin işə götürülməsinə mane olan şəxsləri 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий