Ləzgi bülbülü
Харусенят  |  4(275) 2014      
    Düriyyə Rəhimova vəfat etdi... Bu acı xəbər böyük sənətkarın saysız-hesabsız pərəstişkarlarını bərk sarsıtdı. Axı ləzgi musiqisi tarixində bütöv bir dövr idi Düriyyə. O, bir xalqın mədəniyyətini, incəsənətini, mənəviyyatını özündə təcəssüm etdirirdi. Mahnıları dillər əzbəri, özü isə hamının sevimlisi idi.
    Ötən əsrin 50-ci illərindən başlayaraq Dağıstan radiosunun ləzgi verilişləri redaksiyası dünya ləzgilərinə vətən torpağının, ana dilinin, doğma mədəniyyətin və incəsənətin müqəddəsliyini tanıdan məkan rolunu oynayırdı. Verilişlər vaxtı dünyanın harasında yaşamalarından asılı olmayaraq əksər ləzgilər doğma dilin sehrinə dalaraq gözləri yaşarmış halda vətəndən gələn xəbərləri həyəcanla dinləyər, sonra mahnı qanadlarında göylərə pərvazlanardılar. Ələlxüsııs Düriyyə Rəhimovanin ruha dad verən mahnılannın əsiri olardılar. 1962-ci ildə Qusarda ləzgi dilində radio verilişləri yayımlanmağa başlayanda Düriyyə burada da hamının sevimlisinə çevrildi.
     Düriyyə Gülbaba qızı Rəhimova 1929-cu ildə Quba rayonunun Qımıl kəndində anadan olmuş, Quba şəhərində orta təhsil almışdır. Məlahətli səsi ilə hamını heyran edən bu qız hələ dördüncü sinifdə oxuyarkən Quba şəhər xorunun solisti olmuşdur. Quba şəhərində orta məktəbi bitirdikdən sonra Quba Dövlət Pedaqoji Məktəbində təhsil almışdır. 1947-ci ildə respublika özfəaliyyət kollektivlərinin müsabiqəsində o, biriıncilik qazanmışdır.  Qubalı qızı Adil Gərayın sözlərinə yazılmış “Laylay” mahnısını oxuyanda zalda əyləşənlər hamı bir nəfər kimi ayağa qalxmış, onunla bir yerdə həmin mahnını ifa etmişdir. Onun ifasında “Kəsmə şikəstə” radionun qızıl fondunda saxlanır.
     1956-cı ildə D.Rəhimova Quba Rayon Mədəniyyət Evinin direktoru təyin olunmuşdur. Onun ləzgi və Azərbaycan dillərində oxuduğu mahnılar qıza böyük şöhrət qazandırmışdır. Vaxtilə konsertlərdən bi-rində iştirak etmiş Dağıstanın xalq şairi Bayram Səlimov Düriyyənin səsinə heyran olaraq, onu “Ləzgi bülbülü” adlandırmışdır. Bundan sonra Dağıstan Dövlət Radiosunun dəvəti ilə Mahaçqalaya ezam olunmuş Düriyyə Rəhimovanın ifasında on ləzgi mahnısı lentə alınmışdır. O vaxtdan bu günə kimi müğənninin lent yazıları radio dalğalarında səslənir. 
     1959-cu ildə Düriyyə yenidən Azərbaycanın özfəaliyyət kollektivlərinin respublika müsabiqəsində birinci yerə layiq görülür. Tamaşaçıların böyük rəğbətini qazanan gənc qız peşəkarların diqqətini də cəlb edir. Azərbaycan Dövlət Radiosuna dəvət alan müğənninin planlarını atasının ölümü alt-üst edir, o, Qubaya, tək qalmış anasının yanına qayıtmağa məcbur olur. Düriyyə 1960-cı ildə Quba Dövlət Dram Teatrında işə diizəlir. Burada bir-birindən maraqlı rollarda çıxış edir. 1962-ci ildə teatr bağlandıqdan sonra sənətkar Dər-bəndə köçür, burada S.Stalski adına Ləzgi Dövlət Dram Teatrında çalışmağa başlayır.
     1967-ci ildə Dərbənddə Azərbaycan xalq teatrı yaradılanda Düriyyə xanımın həyat yoldaşı Nasir Haşımoğlu ora rejissor təyin olunur. O, təkcə teatra rəhbərlik etməklə kifayətlənmir, həm də baş rollarda oynayırdı. Həyatda olduğu kimi, sənət aləmində də ona Düriyyə dayaq oldu. O, bir cox tamaşalarda ərinin tərəfmüqabili oldu, rus və Azərbaycan yazıçılarının pyeslərini rus dilindən Azərbaycan dilinə və azərbaycancadan ruscaya çevirməyə girişdi. Onların ləzgi, Azərbaycan və rus dillərini mükəmməl bilmələri sayəsində teatrın repertuarı maraqlı əsərlərlə zənginləşdi. Ərlə arvadın birgə yaradıcılığı sayəsində Ü.Hacıbəyovun “O olmasın, bu olsun”, S.Vurğunun “Fərhad və Şirin”, C.Cabbarlının “Solğun çiçəklər”, “Sevil”, M.Şamxalovun “Qaynana” əsərləri və başqa tamaşalar teatrın səhnəsində oynanaraq böyük tamaşaçı sevgisi qazandı. Tezliklə Düriyyə xanım Azərbaycan teatrının bütün ağırlığını boynuna götürdü. Həyat yoldaşı səhhəti ilə bağlı səhnədən uzaqlaşanda buranın rejissorluğu ona həvalə olundu. O, 1998-cu ilə kimi həmin vəzifədə çalışdı, 2007-ci ilədək səhnədə oldu, 2014-cü ildə dünyasını dəyişdi. O, müğənni, rejissor, publisist, tərcüməçi, ictimai xadim... idi. Ən böyük vəzifəsi isə ləzgi və Azərbaycan xalqları arasında mənəvi körpü yaratmaq idi. O, hər iki xalqa bağlı olduğundan həyatı onlara sədaqət nümunəsinə çevrilmişdi. Elə ona görə də həm Dağıstanda, həm də Azərbaycanda sevilirdi.
      50-dən çox rolda çıxış etmiş Düriyyə Rəhimova daha çox oxuduğu mahnılarla tanınmışdır. Sənətkara 1965-ci ildə “Dağıstan Respublikasının əməkdar artisti", 1977-ci ildə isə “Dağıstan Respublikasınm xalq artisti” fəxri adları verilmişdir. 1986-cı ildə o, Rusiya Federasiyasının Xalqlar Dostluğu Ordeni ilə təltif olunmuşdur.
İlk dəfə bu əfsanəvi insanı görmək mənə 1967-ci ildə Qusar şəhər klubunda keçirilən konsertdə nəsib oldu. Zalda iynə atsaydın yerə düşməzdi. Oturacaq yerləri azlıq etdiyindən, bir o qədər adam ayaq üstə dayanmışdı. Zərif, yaraşıqlı müğənni səhnədə görünəndə zalı alqış səsləri bürüdü. Sonra o, xalq çalğı alətləri ansamblının müşayiəti ilə oxudu. Sevdiyim ləzgi mahnıları səsləndikcə mən göz yaşlarımı saxlaya bilmirdim. O görüş və o səs yaddaşıma həmişəlik həkk olundu və nəhayət, 1999-cu ildə “Qürub” povestimin yaranmasına səbəb oldu.
       Düriyyə xanımla yaxından tanış olmaq arzusuna 2008-ci ildə Dağıstanın Axtı şəhərində keçirilən “Şarvili” eposu bayramında çatdım. Mən tanışlıq vermək istəyəndə o, özünəməxsus sadəlik və səmimiyyətlə məni qucaqladı:
     - Sənin  “Qürub” kitabını birnəfəsə oxumuşam. Hələ də onun təsiri altındayam. Çox sağ ol ki, orada mənə də yer ayırmısan.
     - Əslində o povestin yaranmasına sizin mahnınız səbəb olub, - deyə sənətkara minnətdarlığımı bildirdim.
    Həmin gün o, mənə öz ömür və sənət yollarından maraqlı söhbətlər etdi.
    O vaxtdan arabir telefonla əlaqə saxlayırdıq. Bir neçə dəfə Düriyyə xanım e-mail ünvanıma məktub göndərmişdi. Son məktubunda israrla məni Dərbəndə, evlərinə dəvət edirdi. “Səni görmək istəyirəm. Deyiləsi sözlərim var. Xahiş edirəm, imkan tapıb gəl”.
      Mayda görüşməli idik. Ölüm bu görüşə mane oldu. Hələ də bu acını ürəyimdə daşıyıram. Lakin əsl sənətkarlar adi insanlardan fərqli olaraq yalnız cismən ölürlər. Mənən isə onlar həmişəyaşar olurlar. Təsəllimiz də elə bundadır.
 
Sədaqət Kərİmova
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Мад са телеканал Заридиз талукьарнавай няни Молодые надежды Руфун жувалай агьуз я
Статьи из этой рубрики
«Сувар» ансамблдин 20 йис! Лезги фольклордин няни «Сувар» вновь поразил зрителей Решадан шегьре рехъ Розадин мурад
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ