Yeniliklər | 7(278) 2014

Ümumdünya Sə-hiyyə Təşkilatı zəm-zəm suyunu dünya-nın içilə bilən ən xe-yirli suyu elan edib. Dünyanın ən təmiz sularından olan zəm-zəm suyunun sirri hələ də tam açılmayıb.
Mənbəyi tapıla bilməyən suyun dənizdən 80 kilometr uzaqda olmasına və ətrafında başqa heç bir quyu olmamasına baxmayaraq, illərdir qurumaması araşdırmaçıları çaş-baş edir. 1,5 metr dərinlikdəki quyudan həcc mövsümündə milyonlarla insanın istifadə etməsinə baxmayaraq, suyun səviyyəsində heç bir azalma olmur. İçənin susuzluğunu və hətta aclığını belə götürən suyun bu sirri də alimlər tərəfindən araşdırılır. Avropa laboratoriyalarında aparılan araşdırmalardan məlumdur ki, zəmzəm suyunun tərkibində kükürdün miqdarı həddindən artıq azdır. ABŞ laboratoriyalarının apardığı testlərdən isə daha maraqlı faktlar üzə çıxıb: zəmzəm dünyanın yeganə suyudur ki, tərkibində nə mikroorqanizm, nə də bakteriya var.
Alman professoru Pfeyfer təsadüf nəticəsində zəmzəmlə tanış olduğu gündən etibarən suyun üzərində bir çox elmi araşdırmalar aparıb. O, deyir: “Bu su heç bir şərt altında dəyişmir, amma dəyişdirir. Maraqlı bir test etdim. Bir damla zəmzəm suyuna 100 damla normal su qarışdırdım. Sonda gördüm ki, suyun hamısı zəmzəm olub. Sonra bir damla zəmzəmə min damla normal su qarışdırdım və eyni nəticə əldə etdim. Zəmzəmdə böyük bir enerji var. Başqasını dəyişdirir, amma özü dəyişmir”.
Yapon alimi Masaru Emoto isə zəmzəm kristallarını mikroskop görüntüsündə araşdırıb. Suyun kristal nizamının dəyişən tezliklərə görə fərqliləşdiyini görən alim zəmzəm kristallarının zəng səsindən qaraldığını, Quran və azan səsindən isə parladığını qeyd edib. Onun araşdırma yazılarında qeyd olunub ki, zəmzəmin kristalları bir növ Kəbə evini xatırladır.
Zəmzəm suyunun xeyri elmi cəhətdən isbat edilsə də, bu su elmin izah edə bilməyəcəyi bir çox möcüzələri özündə birləşdirir. İçilməsi savab olan suyun şəfaəti bütün dünyada dillər əzbəridir. Zəmzəmin baş ağrısını kəsməyi və gözü işıqlandırmağı isbata ehtiyacı olmayan həqiqətlərdəndir.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий