Yeniliklər | 7(278) 2014

Hicri-qəməri təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrə-tindən hesablanır. Şəriət hökmlərində (məsələn, orucluq və s.) hicri-qəməri təqvimdən istifadə edilir. Bu təqvimdə il 354 və ya 355 gündən ibarət olur. Hicri-qəməri il hər biri 29 və ya 30 gün olan 12 aydan ibarətdir. Ayların adları ardıcıllıqla belədir: Mühərrəm, səfər, rəbiül-əvvəl, rəbiül-axır, (və ya rəbiüs-sani), cəmadiyül-əvvəl, cəmadiyül-axır (və ya cəma-diyüs-sani), rəcəb, şaban,ramazan, şavval, zilqədə, zilhiccə.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий