Yeniliklər | 7(278) 2014

İraq hökümətinin qərarı ölkədəki hüquq müdafiəçiləri ilə yanaşı, dünya mediasını da şoka salıb. Rəsmi Bağdad olkədə 9 yaşdan yuxarı qızların ərə verilməsini və onların nigahlarını qanuniləşdirmək niyyətin-dədir. Hazirda İraq qanunvericiliyinə görə, 18 yaşına çatmamış şəxslər ailə qura bilməzlər. Fəqət İraqda 14-15 yaşlı qızlarin ərə verilməsi, hətta 8-9 yaşlı qızların məcburi nigahı adi hal sayılır.
İraqın sabiq baş naziri Əyyad Əlaunin dediyinə görə, 9 yaşına çatmamış qızların ərə verilməsini heç bir halda leqallaşdırmaq olmaz. “Bu vəhşilikdir, insan haqlarının tapdanması, mənəviy-yatsizlıqdır. 9 yaşı olmamiş uşağı ərə verən adamla onu “arvad” edən şəxs əslində həbs olunmalıdır. Biz isə belə “nigah”ları qanuniləşdiririk” - Ə.Əlau deyib.
Məşhur hüquq müdafiəçisi Həna Ədvar isə söyləyib: “Belə çıxır ki, İraqda qadınlar kişilərin cinsi istismara məruz qoyduqları vasitə, dilsiz-ağızsız alətdirlər”.
Beynəlxalq “Human Rights Watch” təşkilatı İraq parlamentinə müraciət edərək qanun layihəsini rədd etməyə çağırıb.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий