Başqa vətənimiz də var imiş
SOS!!!  |  7(278) 2014      
     Respublikamızın bəzi mətbuat orqanlarında – “Hüriyyət”, “Gündəm” və digər qəzetlərdə ləzgi xalqını aşağılayan məqalələrin dərc olunması getdikcə dəb şəklini alır. Belə materialların Yaxın Şərqdə dini və milli zəmində münaqişələrin daha da qızışdığı bir vaxtda dərc edilməsi xüsusilə təəssüf doğurur. Görünür, respublikamızda əsrlər boyu birgə yaşayan xalqlar arasında milli ədavət salmaq istəyən yeni qüvvələr əmələ gəlir. Bəzi üzdəniraq müəlliflər “Hüriyyət” qəzetində ləzgilərin “müxtəlif yollarla şəhərlərə və azərbaycanlı–türk və tat kəndlərinə yerləşdiyi”ndən, Azərbaycanın şimalında xoşagəlməz proseslərin cərəyan etməsindən yazaraq, milli heysiyyətə toxunan fikirləri gündəmə gətirirlər. 
   Belə fikirlərə “Gündəm” qəzetində də rast gəlmək olar. Qəzetin 2 iyul 2014-cü il tarixli sayında verilmiş “Azərbaycana qarşı Putinə petisiya ünvanlayan CİA agenti kimdir?” məqaləsindəki bir sıra məqamlar diqqət çəkir. Bu, “Avaaz” qlobal ictimai təşkilatının Azərbaycanda ləzgilərin hüquqlarının pozulması ilə bağlı Putinə petisiya ünvanlamasına cavabdır. Şübhəsiz, ölkəmizə, dövlətçiliyimizə qarşı yönəlmiş təxribat xarakterli çıxışlara və hərəkətlərə respublikamızın hər bir mətbu orqanı kəsərli cavab verməlidir. Bu, bizim vətəndaşlıq borcumuzdur. Lakin belə cavablar zamanı siyasi savadsızlığa və korazehinliyə yol vermək olmaz. Xüsusilə milli məsələdə. 
Yuxarıda qeyd edilən məqalənin müəllifi Vüqar yazır: “...Azərbaycanda bütün milli azlıqlar kimi, ləzgilərin də hüquqları ən yüksək səviyyədə qorunur, onlar özlərini Azərbaycanda vətənlərində olduğu kimi hiss edirlər.” Görünür Vüqar ləzgilərin Azərbaycanda sayca ikinci xalq olduğunu unudub. Digər tərəfdən, “özlərini Azərbaycanda vətənlərində olduğu kimi hiss edirlər” nə deməkdir? Bizim başqa vətənimiz də var? Müəllif tarixə bələd olsaydı bilərdi ki, ləzgilər Azərbaycanın qədim və aborigen xalqıdır və bura onların vətənidir.
   Müəllif Rusiyanın ölkəmizdəki səfirinin dediklərini də təhlil etmədən misal gətirir. Təhlil etsəydi, bilərdi ki, səfirin “Azərbaycanda yaşayan Rusiya vətəndaşları arasında avarlar və ləzgilər də var” fikri yanlışdır. Çünki ləzgilər Azərbaycanda yaşayan Rusiya vətəndaşları deyil, buranın köklü xalqıdır. Son nəticədə belə fikirlər milli ədavətin qızışmasına gətirib çıxarır. Üzdəniraq müəlliflərə üzümüzü tutub deyirik: Ləzgi xalqına milli ədavət heç vaxt lazım olmayıb və indi də lazım deyil!
 
“Samur”
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Генералдикай гьикI наиб хьанай? КцIарви академикар Tarixi ad bərpa olunmalıdır ЧIалав акатайвал эгечI тийин
Статьи из этой рубрики
Террордиз ваъ! Вири къарсурай вакъиа Öncə mənəviyyat Фадлай хьана кIанзавайди тир Квахьзава чи хуьрер...
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ