Yeniliklər | 8(279) 2014

Azərbaycan Respublikası Prezidentinin “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 29 yanvar 2014-cü il tarixli sərəncamından sonra respublikamızın bir sıra rayonlarında, o cümlədən Balakəndə əhalinin su ilə təchizatı xeyli yaxşılaşıb. Son bir neçə ay ərzində 8 artezian quyusu qazılıb istifadəyə verilib. Hazırda daha iki quyunun qazılması davam etdirilir. Sarıbulaq kəndindən 3 kilometr aralıda böyük su şəbəkəsi qurulub.
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий