Şərəfli ömür yolu
Инсанар, кьисметар  |  8(279) 2014      
      Sizə həyatını çətin və şərəfli bir işə bağlamış Şahmurov Hacı Şahmur oğlu haqqında danışmaq istəyirəm. 1943-cü ildə Qəbələ rayonunun Qəmərvan kəndində anadan olmuş Hacı müəllim əmək fəaliyyətinə 1961-ci ildə Qəmərvan məktəbində uşaq birliyinin rəhbəri kimi başlamışdır. 
     1962-63-cü dərs ilində Qəbələ rayonunda fəaliyyət göstərən ibtidai sinif müəllimləri hazırlayan kursu bitirən Şahmurov həmin ildən Qəmərvan kənd tam orta məktəbində sinif müəllimi kimi çalışmağa başlamışdır. Kənd əhalisinin təsərrüfat fəaliyyəti ilə əlaqədar məktəbin ibtidai sinifləri qışlaq ərazilərdə də fəaliyyət göstərirdi. 
Belə azkomplektli siniflərdə, yararsız qamış daxmada Hacı müəllimin qazandığı nəticələr ürəkaçan olurdu. Onun belə şəraitdə dərs dediyi şagirdlərin çox hissəsi sonralar təhsillərini uğurla davam etdirmiş və ali təhsilli mütəxəssislər kimi müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu, ilk növbədə zəhmətin və pedaqoji ustalığın nəticəsi idi. 
Qiyabi yolla təhsilini davam etdirərək, APİ-nun Azərbaycan dili və ədəbiyyatı fakultəsini bitirən Hacı müəllim uzun illər Qəmərvan kənd orta məktəbində ədəbiyyat müəllimi və tədris işləri üzrə direktor müavini kimi fəaliyyət göstərmişdir. Məktəbimizin qazandığı uğurlarlda Hacı müəllimin də böyük əməyi olmuşdur. Mən ibtidai sinif müəllimim olmuş bu insanla sonralar uzun müddət bir kollektivdə çalışmışam. O, bizim üçün daim öz üzərində çalışmağın barız nümünəsi olmuşdur. Bu ustad müəllimi kitablardan, mətbuatdan ayrı təsəvvür etmək çətindir. 
      Mən onun bir pedaqoq kimi gözəl keyfiyyətlərini bütün müəllimlərdə, xüsusilə də gənclərdə görmək istərdim. Elmin sürətli inkişafı dövrü olan XXI əsrdə həyatın tələblərindən geri qalmamaq üçün hər birimiz öz üzərimizdə işləməli, bilik və bacarığımızın artırılması qayğısına qalmalıyıq. 
     İnanıran ki, əgər belə olarsa, şagirdlərimiz repetitor yanına, xəstələrimiz isə qonşu ölkələrə getməzlər. Hacı müəllim ailə başçısı, ata kimi də nümunədir. Qızı Ulduzə Qəmərvan məktəbində müəllim işləyir. Oğlu Fəxrəddin isə ali təhsilli mühəndis kimi Bakıda çalışır.
Hacı müəllimdə bizim üçün örnək olan cəhətlər çoxdur. Yaşı ilə bağlı təqaüddə olan müəllim tez-tez yolunu məktəbdən salır. Məktəbin fəaliyyətini yaxından izləyir, dəyərli məs-ləhətlərini bizlərdən əsirgəmir. Hacı müəllimə  uzun ömür, cansağlığı və ailə səadəti arzulayıram.
 
Hümbət Özbəyov, 
Qəbələ rayonundakı Qəmərvan kənd tam orta məktəbinin müəllimi

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Халкьдин манийрин фестиваль Буьркьуьдаз экв кIанзава Къалабулух акатна Автор лезгинско-русского электронного словаря
Статьи из этой рубрики
Сенятди квадарна Haradir vətənim? КьатI хьайи уьмуьр Кьве веси Спасенные жизни
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ