Poeziya təxribatçıları ifşa olunmalıdır
Çıxışlarımızın əks-sədası  |  10(245) 2011      

“Samur”un 30 sentyabr 2011-ci il tarixli sayında dərc olunmuş “Tərcümə, yoxsa təxribat?” məqaləsi böyük əks-səda doğurub. Onlarca oxucu redaksiyaya müraciət edərək, məqalə ilə əlaqədar fikirlərini bildirib. Bəzi oxucularımız ləzgi poeziyasını gözdən salmaq istəyənləri haqlı tənqid edən məqalələr göndərib. Aşağıda həmin məqalələrdən birini dərc edirik.

Hörmətli redaksiya! “Ləzgi poeziyasından nümunələr” kitabı ilə bağlı qəzetdə dərc olunmuş “Tərcümə, yoxsa təxribat?” məqaləsini böyük həyəcanla oxudum. Bu günlərdə həmin kitabı nəzərdən keçirəndə sarsıldım. Bir daha yəqin etdim ki, kitab həqiqətən də ləzgi poeziyasını gözdən salmaq üçün buraxılıb.
Öncə məqalə ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Azərbaycan və ləzgi poeziyasında öz dəst-xətti ilə çoxdan tanınan, yaradıcılığı Dağıstanın orta məktəblərində öyrənilən sevimli şairimiz Sədaqət Kərimovanın yaradıcılığına kölgə salmaq istəyənlər  bilsinlər ki, onun poeziyasına Azərbaycanın, Dağıstanın, Rusiyanın neçə-neçə alimi, şairi, jurnalisti layiqincə qiymət verib. Azərbaycan Respublikasının Mədə-niyyət Nazirliyi və M.F. Axundov adına Azərbaycan Dövlət Kitabxanası hələ 2003-cü ildə Sədaqət Kərimovanın yaradıcılığının mədəni-maarif müəssisələrində təbliği ilə əlaqədar metodik vəsait çapdan buraxıb. Yazıçı-jurnalist Müzəffər Məlikməmmədov həmin il şairin həyat və yaradıcılığına həsr etdiyi “Sədaqət” adlı elmi-publisistik monoqrafiyasını oxuculara çatdırıb.
Hər iki kitabda tanınmış qələm sahiblərinin,  ədəbiyyatşünasların, alimlərin Sədaqət xanımın yaradıcılığı barədə fikirləri, rəyləri verilib. Bu rəylərdən birini  xatırlatmaq istəyirəm: “Xeyirxah, sadə və zəhmətkeş insan olan Sədaqətin Azərbaycan və ləzgi dillərində yazdığı şeirlər və poemalar dövrümüzün ən gözəl əsərlərindən sayıla bilər. Şəxsiyyəti  ilə fəxr etdiyimiz bu dağlar qızı həm Azərbaycan, həm də ləzgi ədəbiyyatında özünəməxsus yer tutub. Sədaqət Kərimova yenilikçi, bənzərsiz şairdir”.
Bu sözlər şair Kələntər Kələntər-linindir. Sual olunur: Hörmətli Kələntər müəllim, bəs xeyirxah insana qarşı niyə qeyri-xeyirxahlıq etdiniz? Sədaqət xanımın “şeirləri və poemaları dövrümüzün ən gözəl əsərləri sayıla bilər” dediyiniz halda onun şeirlərini  gözdən salmağa necə qıydınız? “Yenilikçi, bənzərsiz şair” adlandırdığınız qələm sahibini Azərbaycan oxucularının gözündən salmaq istəyi haradan yarandı? Mən və bütün tələbkar oxucular sizdən bu sualların cavabını gözləyirik. Kitabın çap olunmasında “xidmətləri olmuş” Etibar Sturvidən və Dağlar Səfərovdan da cavab istəyirik.
Kitabla bağlı məni narahat edən daha bir məsələ məşhur ləzgi şairi, Maksim Qorkinin “XX əsrin Homeri” adlandırdığı Süleyman Stalskinin şeirlərinin tərcüməsi zamanı yol verilmiş qüsurlardır. Şairin yaradıcılığı ilə bağlı məqalədə müəllif onu gah Stallı, gah da Stalski kimi təqdim edir. Bayron “Bayran”, Pasternak “Payeternak”, Fadeyev “Fadayev”, Xappalayev “Xannalıyev” kimi oxuculara təqdim olunur. Kitabın tərtibçiləri dünya, rus və Dağıstan ədəbiyyatından məgər bu dərəcədə bixəbərdirlər?
Keçək şeirlərin tərcüməsinə. Kitabda Süleyman Stalskinin 10 şerinin tərcüməsi verilib. Birincisi məşhur “Bülbül” şeridir. Yeri gəlmişkən qeyd edək ki, Süleymanın şeirlərinin azərbaycancaya ən yaxşı tərcümələri İ.Soltana və O.Sarıvəlliyə məxsusdur. 1959-cu ildə Azərnəşr tərəfindən çap olunmuş “Dağıstan ədəbiyyatı antalogiyası” kitabına da məhz onların tər-cümələri salınıb.
K.Kələntərlinin tərcüməsində “Bül-bül” şerinin birinci bəndi belədir:

Məskən salıb güllü bağda,
Fərəhlisən nəsə bülbül;
Oxuyursan bir budağda,
Bir bağ düşür səsə bülbül.

Orijinalda “bir budaq”, “bir bağ” məsələsi ümumiyyətlə yoxdur. Şair yazır:

Akğaxna sa kğakğan tarüiz,
Beqğer quday için, bilbil.
Vuç çIal ava a vi vanüiz;
Qğarayiz ə kIvaçin bilbil.

Hərfi tərcüməsi belədir:

Qonmusan alma yetirən,
Bir uca ağaca, bülbül.
Sözmü çatar sənin səsinə,
Oxumağa pərgarsan, bülbül.

Görünür, tərcüməçi ləzgi dilini yaxşı bilmir. Belə olmasaydı, dördüncü bəndin “Zaz çir jed, vun ətIa kcuççaqc” misrasını “Qocasansa bir bəri bax” kimi tər-cümə etməzdi. “Kcuççaqc” sözü “qo-çaq” əvəzinə “qoca” kimi tərcümə olunub. Heç bülbülə də “qocasansa bir bəri bax” deyərlər? Bu nə şairlik, bu nə tər-cüməçilikdir? Dili yaxşı bilmədiyinə görə tərcüməçi beşinci bəndi belə çevirib:

Tükün olub qalın sənin,
Dəyişməyib halın sənin,
Ayaqların yalın sənin,
Düşdün düzdən-düzə bülbül.

Orijinalda belədir:
ÜIinin kğuğdni xğana payqar,
Deqiş xğanaç mad vi ranqar.
Qila xibni xğana azqar,
Yikcar fena çişin, bilbil.

Göründüyü kimi, burada nə bülbülün tükünün qalınlığından, nə də onun ayaqlarının yalın olmasından söhbət gedir. “Qila xibni xğana azqar” isə “qışın ən soyuq çağında da hava aydınlaşdı” deməkdir. “Çiş” ləzgi xalq təqvimində fevralın 6-dan 21-dək olan müddəti əhatə edən ay adıdır. Süleymanın fikrini başa düşmədiyinə görə tərcüməçi “Ayaqların yalın sənin, Düşdün düzdən-düzə bülbül” yazır. Çox qəribə və gülməli tərcümədir.
Süleyman Stalskinin tərcümə olunmuş başqa şeirlərində də çoxlu məna təhriflərinə yol verilib. Süleyman şerinin gözəlliyi, ruhu heçə endirilib. Sanki tərcüməçi qarşısına klassik şairimizi gözdən salmaq məqsədini qoyub. Amma əsərləri dünya xalqlarının dillərinə tərcümə olunmuş dahi Süleymanı bu cür üzdəniraq “tərcümələrlə” heç vaxt gözdən sala bilməzlər.
Hörmətli redaksiya, mənə elə gəlir ki, “Ləzgi poeziyasından nümunələr” kitabı ilə bağlı məsələlər dərindən araşdırılmalıdır. Digər klassiklərimizin, müasir şairlərimizin əsərləri necə tər-cümə olunub, onları necə gözdən salmağa çalışıblar? Bu suallara cavab tapılmalı, qəzetdə məsələyə aydınlıq gətirən, poeziya təxribatçılarını ifşa edən məqalələr dərc olunmalıdır.

Nigar Şıxnəbi qızı Muradova

ARTPİ-nin ali və orta ixtisas
təhsilinin nəzəri problemləri şöbəsinin aparıcı elmi işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent.

Redaksiyadan: Oxucumuzun təklifi digər məktublarda da öz ək-sini tapıb. Ona görə də məsələyə aydınlıq gətirilənə kimi bu mövzuda məqalələrin dərcini davam etdirməyi qərara almışıq.

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Агалкьунрин 20 йис Sənət sevgisi Пятилетний юбилей Диана Юзбегова: "журналистика зи уьмуьр я" Дидед чIалаз икрамзава
Статьи из этой рубрики
Təəssüf edirəm “Самур” чи мектеб я Tərcümə, yoxsa təxribat? Tənqidbazlıq, yoxsa gözügötürməzlik? Ван авуна
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ