Müəllimiİmə İthaf
Барка  |  11(282) 2014      
      Özü dünyaya gəlməmiş atası molla Ramazanı itirən Əsgəri və bir yaş böyük bacısı Güllünü otuzuncu illərin səfalətindən tək çıxartmaq bir üzü qız, bir üzü gəlin Gülpəri anaya çox çətin idi. Buna görə də o, özünün züriyyəti olmayan kasıb, amma qoçaq və mərd adam olan Çələbi kişi ilə ailə qurur. Maddi sıxıntılar, üstəlik başlanan amansız müharibə Qəmərvanda 2-ci sinfi bitirmiş Əsgərin əlinə çomaq verdi. O, düz doqquz il çobanlıq edəndən sonra təhsilini əvvəlcə rayonun Kürd, sonra isə Hacallı kənd orta  məktəblərində davam etdirdi.
     Güllünü öz qızı kimi gəlin köçürən Çələbi kişi Əsgərə də ali məktəbdə oxumağa yardımçı oldu. 1955-1960-cı illərdə APİ-nin fizika fakultəsinin tələbələri iti təfəkkürə, güclü hafizəyə malik bu zəhmətkeş tələbəni zarafatla “bala Eynşteyn” deyə çağırardılar.
     Taleyinə kasıblıq düşmüş bu cavan aspirantura qurtarıb alim ola bilməsə də, özünün fitri istedadı, müəllimlik bacarığı ilə heç də alimlərdən az gərəkli olmadığını sübut etdi. 1960-ci ildə təyinatla Qəmərvan məktəbinə müəllim kimi qayıdan gənc müəllim ta 2012-ci ilə kimi o kollektivdən ayrılmadı. Adlı-sanlı bir məktəbin ən öncül müəllimlərindən biri oldu. Fizika və riyaziyyat fənlərinin tədrisində çox böyük nailiyyətlər əldə etdi. Onun və rəhmətlik Abasov Nadir müəllimin sayəsində, demək olar ki, kənddə fizika və riyaziyyatı bilməyən yox idi. Metodik hazırlıqları və səriştələri çox yüksək olan bu müəllimlərin hər dərsi bəlkə də sənət əsəri idi.
      Qəmərvanın ziyalı potensialının formalaşmasında müstəsna xidmətləri olan Əsgər müəllimin yetirmələrinə hər yerdə rast gəlmək mümkündür. Əsgər müəllim kəndin hörmətli ağsaqqalı kimi də, rayonun qabaqcıl ziyalısı kimi də xətirlidir, əzizdir.
     Səkkiz övladından altısına ali təhsil vermiş Əsgər müəllim gözəl ailə başçısı, xoşbəxt babadır, magistr təhsilli nəvələri var.
     Ömrü boyu bütün qapıları zəhməti və istedadı ilə açan bu adamın xidmətlərini daha çox bizlər - onun şagirdləri dəyərləndiririk. Bu sətirləri də ona sonsuz minnətdarlıq hisslərini dilə gətirərək yazır, ona ömrünün qalan illərini də gümrah keçirməyi arzulayıram! Qədir bilməliyik ki, qədirli olaq!
 
Bir pİllə də yüksəlİr  
 
Hər adam peşəsinə sevə-sevə yanaşmır,
Hər dahi yüksəldiyi zirvəsinə yaraşmır.
Bir kəndin hörmətini qazanmış qoca qartal
Hünərini vəsf edən söhbətlərə qarışmır.
 
O yetim bir qazının gözünün nuru idi, 
Amma qəlbinin yağı yolumuzda əridi.
Hansısa səhvimizə güzəşt nədir bilmədi, -
Şöhrətin Olimpinə fədai tək yeridi.
Deyirdi: elektron fırlanmayır hədərə,
İşıq nurunu yayır çevrilib zərrələrə.
Döyüş potensiallı böyük generalın da 
Hədsiz ehtiyacı var çox ağıllı əsgərə.
 
Kəmiyyətdir ölçülən miqdarı həqiqətin, 
Bünövrəsi elmdən hörülür cəmiyyətin.
Tənbəllərin başına ətaləti bəladır,
Yerin cəzbindən başlar binası məhəbbətin.
 
Dedi: müşahidəylə dərk edərsən çox şeyi, -
Tanıdanda bizlərə Tusini, Qalileyi.
Bizsə onu Nyuton, Eynşteyn bilərdik,
Güman edərdik ötər Tomsonu, Faradeyi.
 
Əsil müəllim ömrü gur çağlayan çeşmədir,
50 ilin içindən kimlər gəlib keçmədi!
“Maaşım az!” söyləyən bir çox həmkarları tək,
O bircə dərsini də bizə zəif keçmədi.
 
Prometeyin odu hara düşsə yandırar,
Ziyalının ziyası şüuru nurlandırar.
Çoxu bizneslərini vətənə xidmət sayır,
Həqiqi müəllimlər bu alverdən yan durar.
 
Mənəvi dünyamızın bir memarı müəllim,
Gerçəklətdi nə qədər röyaları müəllim.
Anamız bir vaxt bizi gətirsə də dünyaya,
Amma bizə bəxş etdi dünyaları müəllim.
 
Bunca ağır zəhmətə o necə tab elədi,
Hər yoxu var eləmək ancaq əzab ilədi.
O çəkən  zülümlərin mən indi fərqindəyəm, -
Nə boyda əziyyəti adi hesab elədi! 
 
Əqlinin gücü ilə mat qoydu Anteyləri,
İstəsə qaldırardı lap Arximed tək Yeri.
Qəmərvanı bürüyən sis zirvələr içində
Sağlığında seçilən o ucalardan biri!
 
80 getdi... Qarşıdan 90 gəlir, 100 gəlir,
Yaddaşa təzə söhbət, dilə təzə söz gəlir.
Biz Əsgər müəllimdən bu gün də öyrənirik,
O hər gün gözümüzdə bir pillə də yüksəlir.
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я "Сувар" приглашает Вилик финин чешне Алакьунар авай аялар Mənəviyyat polisi vacibdir
Статьи из этой рубрики
Аваз хьурай "Лезги газет"! «Сувар»у скоро 20 лет Халкьдиз бахш авур уьмуьр Cедакъет Керимова - 60 ЧIехи Сувар
ЦIИЙИ ТИЛИТ
№: 9(314)
октябрь, 2017

Скачать PDF

РУБРИКИ

ПОЛЕЗНОЕ