Mənəviyyat polisi vacibdir
Редактордин гаф  |  11(282) 2014      
      Biz hər gün müxtəlif insanların mənəvi basqıları ilə üzləşirik. Küçədə eşitdiyimiz söyüş, qarşımızdan keçənin asfaltın üstünə tüpürməsi, harada gəldi zibil atılması və sair əhvalımızı korlayır, mənfi qıcıqlar yaradır. Qonşuluqdakı cavan ailənin başçısı arvadı ilə münaqişəsini fiziki güc tətbiq etməklə həll edir və ətrafındakı insanlara əsəbi anlar yaşadır. Gördüyümüz və üzləşdiyimiz xoşagəlməz hallar psixologiyamızı korlayır, səhhətimizə təsir edir.
       Mənim iş yerim “Azərbaycan” nəşriyyatının 3-cü mərtəbəsindədir. Burada bir otağın əməkdaşları hər gün dəhlizdəki parketin üstünə tullantı suları tökür. Heç kəs öz evində parketin üstünə su tökməz, amma ictimai yerdə bunu etinasız halda, insafsızca edənlər tapılır. Deyəsən məndən başqa bunu onlara irad tutan yoxdur. Çevrəm buna öyrəşib, mən isə öyrəşə bilmirəm. Son dəfə mənim tənqidimə təhdidlə cavab verdilər:
      - Sənə nə var?
      Yaşadığım evin bir sakini üçün eyvandan həyətə zibil atmaq adi haldır. Bu zibil insanların keçdiyi yola, maşınların üstünə yağır. Bunu ona irad tutan qonşular hər dəfə:
     - Əcəb eləyirəm! - cavabını alırlar.
      Bakı bulvarı bizim qurur yerimizdir. Buradakı gözəlliklər göz oxşayır. Lakin xorla tum çırtlayan uşaqlar, cavanlar, yaşlılar ətrafdakı yaşıllıqlarla, səliqəli xiyabanlarla elə təzad təşkil edir ki! Hər yüz metrdən bir səliqəli tullantı yeşikləri qoyulmasına baxmayaraq, hara gəldi zibil atıldığını görəndə təəssüflənməyə bilmirsən. Belə faktlar isə  haqqımızda mənfi rəy formalaşdırır. Bütün bunlar bizə edilən mənəvi basqılar, mənəvi hüquqlarımızın pozulmasıdır.
     Bir sıra ölkələrdə mənəviyyat polisi adlı qurum belə hallarla mübarizə aparır. Sinqapur isə bütün dünyaya gözəl bir nümunədir. Sinqapurda təmizlik məsələlərinə ciddi fikir verilir. 5 milyona yaxın əhalisi olan bu ölkədə küçələr şampunla yuyulur. Təsadüfən yerə atılmış kağız parçasına görə  birinci dəfə 70 dollar, ikinci dəfə 140 dollar cərimə tutulur. Bu hal üçüncü dəfə təkrar olunarsa, mütləq televiziya xəbərlərində həmin adamı göstərirlər. Özü də elə-belə yox, boynundan “Mən zibil atmişam” sözləri yazılmış lövhə asaraq.
      Bu ölkədə saqqız çeynəmək qəti qadağandır. Buna görə yüksək cərimələr tətbiq olunur. Ölkəyə gələn turistlərə bu barədə əvvəlcədən xəbərdarlıq edilir. Təsadüfən saqqız çeynəmisinizsə və yanınızda başqası olmayıbsa da arxayın olmayın. Bir də gördünüz polis sizi saxlayıb və cərimə tələb edir. Sübut? – Video-lent.
     Siqarət çəkənlər üçün isə bu ölkə əsl “cəhənnəmdir”. Yalnız müəyyən yerlərdə və müəyyən saatlarda siqaret çəkmək olar. Allah eləməmiş, sizi görsələr (görməmək mümkün deyil, çünki dörd tərəfdə video-kameralar quraşdırılıb), əlinizi cibinizə salmalısınız. İkinci dəfə bələ hal təkrar olunarsa, siz asanlıqla həbsxanaya düşə bilərsiniz. 
    Ümumiyyətlə, bu ölkədə hər bir təkrar qanun pozuntusuna görə həbs cəzası var. Bütün bunlar isə insanların şüur səviyyəsinin yüksəkməsinə yönəlib.
Mənəviyyat polisi adlı qurumun öz fəaliyyətini düzgün qurması nəticəsində bu gün Sinqapur dünyanın ən səliqəli və təmiz şəhəri stasunu qazanıb. 
    İranda və Ərəb Əmirliklərində də mənəviyyat polisi var və onun vəzifəsi vətəndaşlar tərəfindən Şəriət normalarına düzgün riayət olunmasına nəzarət etməkdir. ABŞ, Fransa  və digər qərb dövlətlərində mənəviyyat polisi əsasən məişət zorakılığı, narkomaniya, əxlaqsızlıq kimi neqativ hallara qarşı mübarizə aparır.
     Azərbaycanda da bu gün mənəviyyat polisinin yaradılmasına böyük ehtiyac var. Yeni qurumun cəmiyyət, xüsusən də ziyalılar tərəfindən müsbət qarşılanacağı, onun fəaliyyəti nəticəsində ölkəmizin mənəvi həyatında keyfiyyətli dəyişikliklər əldə olunacağı şəksizdir. Bu, ümumilikdə ictimai şüurun yüksəlməsinə, respublikamızın daha da gözəlləşməsinə gətirib çıxaracaq.
      Mənəviyyat polisinin əsas vəzifəsi insanlarda ictimai cavabdehlik və məsuliyyət hisslərini formalaşdırmaqdır. Bu quruma səlahiyyətlər verilməsi, onun fəaliyyəti üçün şərait yaradılması vacibdir.
     Orta məktəb proqramlarına mənəviyyat  dərslərinin salınmasının da vaxtı çatmışdır. Uşaqlara nizam-intizam, ictimai yerlərdə özlərini aparmaq qaydaları tədris olunmalıdır. Nəhayət, bu mövzuda ayrıca televiziya verilişlərinə ehtiyac yaranıb. Həmin verilişlərdə canlı reportajlar, mütəxəssis məsləhətləri, ictimai qınağı göstərən süjetlər ön plana çəkilməlidir. Mənəvi normaların pozulmasına görə tətbiq edilən cərimələr haqqında məlumatlar çatdırılmalıdır.
     Bir sözlə, bu gün Milli Məclisdə mənəviyyat polisi haqqında qanunun hazırlanmasına böyük ehtiyac var. Bu qanunun qəbulunun və tətbiqinin respublikamızın mədəni-estetik cəhətdən zənginləşməsinə müsbət təsiri olacaq. Qanunun qəbulundan sonra tətbiq ediləcək cərimələrin ölkə büdcəsinə nə qədər xeyir gətirə biləcəyi ni isə təsəvvür etmək çətin deyil. 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я "Сувар" приглашает Müəllimiİmə İthaf Алакьунар авай аялар Вилик финин чешне
Статьи из этой рубрики
Qubaya istirahətə Чешне яз къалурна ЧIехи хьанва Пара жезва Кьве гъвечlи аял
ЦIИЙИ ТИЛИТ

РУБРИКИ

ПОЛЕЗНОЕ