Böyük istedad sahibi
Тарихдин геле аваз  |  6(289) 2015      
     (Əvvəli qəzetin 23 aprel 2015-ci il tarixli sayında)
     Yeni hökumətə dəstək verməsinə, yoxsullara əl tutmasına, heç bir müqavimət göstərmədən varidatlarından əl çəkmələrinə baxmayaraq, bir sıra imkanlı adamların sürgünə göndərilməsindən Sovet dövlətinin düşmənləri məharətlə istifadə edir, əhalini iğtişaşa qaldırırdılar. İğtişaşçılar Küre dairəsində də xeyli tərəfdar tapmış, hətta silahlı dəstələr yaradaraq dövlət idarələrinə basqınlar edirdilər. Tezliklə Aliskender bu dəstələrlə mübarizə aparmaq üçün mərkəzdən gizli tapşırıq aldı.
 
Gizli tapşırıq
 
     Dağıstan Vilayət Partiya Komitəsindən daxil olan məktubda deyilirdi: “Son vaxtlar Dağıstanın müxtəlif bölgələrində Sovet hakimiyyətinə qarşı qiyamlar və gizli silahlı dəstələr təşkil olunur. Əksər dəstələrə ağqvardiyaçı zabitlər rəhbərlik edir. Məqsəd bu dəstələri birləşdirərək daha iri silahlı qruplaşmalar yaratmaq, hökumətə qarşı mütəşəkkil mübarizə aparmaqdır. Sovet hakimiyyətindən narazı ünsürlər həvəslə belə dəstələrə qoşulur və başqalarını da cəlb edirlər. Bolşevizm əleyhinə birləşənlər getdikcə daha təhlükəli qüvvəyə çevrilir. Təhlükəni aradan qaldırmaq üçün bölgələrdəki silahlı dəstələr tezliklə ləğv edilməlidir. Onlara qarşı hökümətə sadiq təbəqədən dəstələr yaratmaq lazımdır. Yerlərə əsgəri qüvvələr göndərmək imkanı olmadığına görə rəhbərlik etdiyiniz dairədə bu işin təşkili və düşmənlərin tezliklə darmadağın edilməsi birbaşa sizə həvalə olunur.” (Bax: ЦГА ДАССР. Ф.34 р. Оп.4.Д.38.).
     O vaxt Küre dai­rəsində iki si­lahlı dəstə yaradıl­mışdı. Birinci dəstə daha təhlükəli idi. Оnun başçısı vax­tilə çar ordusunda qulluq etmiş Şah­mər­dan bəy idi. O, ətrafına 200-dən çox silahlı toplamışdı. İkinci dəstəyə qaçaq Şafi başçılıq edirdi. O, öz dəstəsinə 120 adam cəlb etmişdi. Şah-mərdan bəyin dəstəsində hərbi təlim görmüş və Sovet hökumətini yıxmaq üçün canından keçməyə hazır adamlar daha çox idi. Onlar təkcə dövlət idarələrinə basqın etməklə, bolşevikləri öldürməklə ki-fayətlənmir, yerli əhalini də talayırdılar. Bununla da yeni hökumətin əhalini müdafiə etməyə qadir olmadığını sübuta yetirməyə çalışırdılar. 
     Hər iki dəstənin qonşu dairələrdəki silahlılarla əlaqələri var idi. Hətta bəzən birgə əməliyyatlar keçirir, bəzi nahiyələrdə hakimiyyəti devirirdilər. Bu cür mü-təşəkkil qüvvələrə qarşı döyüşmək üçün xüsusi hazırlıq lazım idi. Aliskender bu məqsədlə xüsusi qrup yaratdı. Həmin qrup həm silah əldə etməli, həm də kəndlilərə bu silahla davranmağı öyrətməli idi. Bu səbəbdən məktubun alınmasından iki ayadək keçməsinə baxmayaraq, antisovet ünsürlərə qarşı mübarizə bir qədər ləngidi. Mərkəzin onu tələsdirməsinə baxmayaraq, Aliskender hazırlığı tam başa çatdırmamış mübarizəyə girişmədi. Onun gənclərdən ibarət 400 nəfərlik dəstəsi döyüşə hazır olanda əməliyyata özü rəhbərlik etdi.
 
Uğurlu əməliyyat
 
     Aliskenderin planına görə silahlı dəstələr ayrı-ayrılıqda deyil, eyni vaxtda məhv edilməli idi. Onların birləşməsinə yol vermək olmazdı. Ona görə də iki dəstə yaratdı. 250 nəfərlik dəstəyə özü, 150 nəfərlik dəstəyə köməkçisi rəhbərlik etdi. Şahmərdan bəylə döyüşmək üçün Aliskender əlverişli vaxt seçib qəfil zərbə endirməyi qərara aldı. Mayın axırlarında əlverişli şərait yarandı. Havalar isti-ləşdiyinə görə aran kəndlərini soyub dağlara çəkilmək istəyən Şahmərdan bəy öz dəstəsi ilə Samur çayının kənarındakı kiçik düzənlikdə dincəlməyi qərara aldı. Burada iki çıxış var idi. Biri çaya tərəf uzanan yol, o biri dağlara qalxan cığır. Şahmərdan bəyin başı istirahətə qarışanda Aliskenderin adamları hər iki çıxışı bağladılar. Burada gecələmək qərarına gəlməklə Şahmərdan bəy ikinci ehtiyatsızlığa yol verdi. Aliskenderin dəstəsi səhər açılmağa az qalmış, silahlılar yuxudan ayılmamış onlara qəfil hucum etdi. Xeyli canlı qüvvə itirən Şahmərdan bəy sağ qalanlarla dağlara çəkilmək istədi. Atlara minib irəli cumanda dəstə güclü atəşə tuş gəldi. Cığırın tutulduğunu görən Şahmərdan bəy atının başını əsas yola tərəf çevirdi. Lakin burada da atəşlə üzləşib xeyli adamını itirdi. Bir neçə saatlıq atışmadan sonra bəyin dəstəsi yarı oldu. Buna baxmayaraq, təslim olmayıb çayı keçmək istədi. Bu, çox təhlükəli idi, çünki çay gür axırdı, sel adamları apara bilərdi. Nədənsə bəziləri bunun fərqinə varmadan həmin yolu seçdi. Ancaq bir azdan dalğaların əlindən qurtula bilməyib həmişəlik suda qərq oldular.
     Dəstədə 50-60 adam qalanda Şah-mərdan bəyə xəbərdarlıq edildi ki, təslim olsun. O, razılaşmadı. Hətta bəzi silahlılar Aliskender tərəfə keçmək istəyəndə onları arxadan vurdu. Bu, dəstədə pis qarşılandı. Bir neçə nəfər etiraz edib, qarışıqlıq düşəndə Aliskenderin dəstəsi silahlıları mühasirəyə aldı. Vəziyyətdən çıxış yolu tapmayan Şahmərdan bəy tapançası ilə özünü vurdu. Bunu görən onun tərəfdarları dərhal silahı yerə qoydular.
     Bundan sonra Aliskenderin dəstəsindən 50 nəfər qaçaq Şafi ilə döyüşənlərə köməyə getdi. Orada da silahlıların vəziyyəti yaxşı deyildi. Onlar xeyli itki verdikləri üçün geri çəkilmək istəyirdilər. Lakin Aliskenderin adamları buna imkan vermədilər və sağ qalan 40 nəfəri mühasirəyə alıb zərərsizləşdirdilər. Silahlı dəstələrin ləğv edilməsi ilə əlaqədar Küre dairəsində həyata keçirilən uğurlu əməliyyat sonralar bütün dairələr üçün nümunə oldu.
     Qətiyyəti və cəsarəti ilə seçilən, xalqın gələcəyi uğrunda mübarizə aparan A.Alqadarskinin başqa sahələrdə də xidmətləri az olmamışdı. Məsələn, mədəni irsin qorunub saxlanmasında və inkişaf etdirilməsində.
 
Mədəni irsin  keşiyində
 
     1922-ci ildə N.Samurskinin təşəbbüsü ilə Dağıstan hökuməti milli folklor nümunələrinin toplanması və nəşr olunmasından ötrü xüsusi qərar qəbul etdi. (Bax: “Coветский Дагестан.” 1922, 17 февраля). İki il sonra, aprel ayında “Coветский Дагестан” qəzetinin yazdığına görə bu sahədə Küre dairəsi xüsusilə fərqlənirdi. A.Alqadarskinin təşkil etdiyi peşəkarlardan ibarət tədqiqatçılar qrupu iki il ərzində dairənin ayrı-ayrı bölgələrində əhalidən 10 minədək bayatı, 200 nağıl, 800 lətifə, 600 tapmaca, 30 rəvayət, 2 minədək atalar sözü toplamışdı. Bundan əlavə Küre dairəsində Dağıstanda ilk dəfə olaraq etnoqrafik ansambl yaradıldı. Sonralar bir jurnalın yazdığı kimi, Aliskenderin təşəbbüsü ilə S.Stalski adına ikinci belə ansambl 1936-cı ildə Dərbənddə yaradıldı və həmin kollektiv böyük uğurlar qazandı. (Bax: Народное творчество, N1. Махачкала, 1937. С.62).
     A.Alqadarskinin ən böyük xid-mətlərindən biri də xalçaçılığın inkişaf etdirilməsi ilə bağlıdır. Onu buna ruhlandıran dostu və silahdaşı Najmudin Samurskinin yeni vəzifəyə, Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin edilməsi olur. Aliskender bir neçə dəfə N.Samurskinin qəbulunda olur və xalçaçılığın inkişaf etdirilməsi mə-sələsini onunla mü-zakirə edir. Nəticədə N.Samurski SSRİ hö-kuməti qarşısında mə-sələ qaldırır. Buna mü-vafiq olaraq SSRİ Xalq Komissarları Soveti 1934-cu ilin avqustun 8-də Dağıstanda xal-çaçılığı inkişaf etdir-məklə bağlı qərar qəbul edir və xalça emalatxanalarının tikintisindən ötrü respublikaya 100 min manat pul ayırır. (Bax: ЦГА ДАССР. Ф. 178р. Оп.12.Д.6, л.10.). Həmin qərardan sonra Küre dairəsində 5 xalçaçılıq emalatxanası yaradılır və yüzlərlə insan işlə təmin olunur.
Aliskenderin daha bir xidməti məşhur ləzgi şairi Süleyman Stalskiyə göstərdiyi qayğı ilə bağlıdır. İlk dəfə məhz o, Süleymanın nadir istedad sahibi olduğunu müəyyənləşdirmiş, şairi bütün vergilərdən azad etmişdi. Eyni zamanda ilk dəfə Stalskinin şeirlərini qələmə almış, sistemləşdirmiş və rus dilinə tərcümə edərək bütün ölkə oxucularına çatdırmışdı. Onun 1916-1934-cü illərdə yazılmış “S.Stalskinin aforizmləri” adlı irihəcmli əlyazması hazırda arxivdə saxlanır. (Bax: Гусейн Гусейнов. Гасан Алкадари. Махачкала, 2014. С.301.).
     Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərinə baxmayaraq, repressiya qurbanı olan N.Samurski 1937-ci ildə həbs olunandan sonra onun silahdaşları da cəzaya məhkum edildilər. Həmin dövrdə Dağıstanda hakimiyyəti ələ keçirən millətçi qüvvələr vətənə sədaqətlə xidmət edən onlarca tanınmış ləzgiyə divan tutdular. 1937-ci ilin sonunda sürgünə göndərilən A.Alqadarski 1943-cü ildə həbsxanada dünyasını dəyişdi.
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
«Сувар»у скоро 20 лет Вири дуьньядиз сейли хьана Къебелевийри «Самур» кхьизва Festivalda ləzgi musiqi səsləndi Булахда яд ава
Статьи из этой рубрики
РикIелай ракъурдач Чун гьикI муьтIуьгъарзавай? Bakıya köməyə gələn ləzgilər ЧIехи амадаг Чун гьикI муьтIуьгъарзавай?
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ