Əsin: bu adı ona Əhməd Cavad verib
Инсанар, кьисметар  |  9(325) 2018      
   Qusar rayonunun Yargun (Həzrə) kəndində bir ağbirçək diqqətimi cəlb etdi. Onun görkəmindən kübarlıq zə ziyalılıq yağırdı.
– Şahlar Babaxanovun həyat yoldaşı Əsin müəllimədir, – dedilər.
– Əsin? Nadir addır, görəsən onu
kim qoyub? – deyə maraqlandım. Bu maraq məni onların evinə apardı.
   Kəndin qədim məhəllələrindən birində ikimərtəbəli, yaraşıqlı bir evin qapısını döydüm. Əsinin gəlini, gözəl və gülərüz Gülzar qonaq gələcəyimi bilibт rəfiqəsi və müəllim yoldaşı Zarema ilə birlikdə əməlli-başlı hazırlıq görmüşdü. Otağı badımcan dolması ilə plovun ətri bürümüşdü.
   Gülzar müəllimə ailə albomlarını stolun üstünə qoyanda xatirələr yada düşdü.
    ...Batumidə yaşayan türkiyəli Süleyman bəylə tanış olan istiqlal şairi Əhməd Cavad onun Şükriyyə adlı qızına aşiq olur. Amma şairin şiə olduğunu öyrənən Süleyman bəy “qızılbaşa qız verməm,”- deyir. 16 yaşlı Şükriyyə gəncə qoşulub qaçır.
   Əhməd Cavadla Şükriyyə bu məhəbbəti ömürlərinin sonuna kimi qoruyub saxlayırlar. Bu izdivacdan onların beş övladı dünyaya gəlir. Türkacar əsilli ömür-gün yoldaşı şairin ilham mənbəyi idi. Ona yazdığı “Şükriyyə” şeri dillər əzbəri olmuşdu:
 
Şükriyyə taleyim, şükür xudaya!
Gördüyüm doğrumu, yoxsa bir röya?
Dolub ürəyimə bu dadlı xülya,
Yaşaya bilmərəm bir kərəm sənsiz…
 
   Ömrünün bir neçə ilini Qusar rayonunun Xuluq kəndində müəllim işləməklə keçirən böyük şair Əhməd Cavadın burada yaxından dostluq etdiyi adamlardan biri Camaləddin Həkim oğlu Cəlilov idi. Xuluq kənd məktəbinin məzunu olan bu gəncin savadına və bacarığına bələd olan şair ona Gəncədə açılmış Azərbaycan Komandirlər
Məktəbinə girməyi məsləhət görür. Camaləddin 1923-cü ildə həmin məktəbə daxil olur və 1927-ci ildə oranı fərqlənmə diplomu ilə bitirir. Təhsil illərində Əhməd Cavadın Gəncədəki evinə gedib-gələn gənc onun ömür-gün yoldaşı Şükriyyənin bacısı Zəkiyyəyə aşiq olur. Batumidən Gəncəyə bacısıgilə qonaq gələn qız da gəncə vurulur.
Şükriyyənin Əhməd Cavada qoşulub qaçdığını, atası Süleyman bəyin bunu onlara bağışlamadığını bilən Camaləddin tədbirli tərpənir. Əhməd Cavadın məsləhəti ilə o, Zəkiyyə üçün elçiliyə özü gedir. Süleyman bəyin xeyir-duasını alıb geri qayıdan gəncin toyu əvvəl Gəncədə, sonra isə Xuluqda el adəti ilə keçirilir. 1929-cu ildə qızları doğulanda onun adını Əhməd Cavad qoyur:
   – Qoy adı Əsin olsun.
   Onların ikinci övladı Eldənizin adını da şair qoyur. Sonra hər iki ailə üçün ağrı-acılar başlanır. 1937-ci ildə Əhməd Cavad xalq düşməni kimi həbs olunur. Mircəfər Bağırov şairin həyat yoldaşı Şükriyyə xanıma ərindən boşanmağı təklif edir. “Yoxsa səni həbs edəcəklər,” - deyir. Şükriyyə xanım Mircəfər Bağırova cavab verir: - “Yəqin ki, Cavadı güllələyəcəklər. Amma mənim boşanma ərizəm ona güllədən də ağır olacaq. Mən Əhməd Cavada görə atam Süleyman bəyi ayaqlayıb, ona qoşulub qaçmışam. Amma Cavadı heç vaxt ayaqlamaram”.
   Əhməd Cavadı güllələyirlər. Şükri-yyə xanımı övladlarından zorla ayırıb həbs edir, Qazaxıstana sürgün edirlər. O, ömrünün səkkiz faciəli ilini qürbətdə keçirir. Vətənə dönəndən sonra şəhər-bəşəhər düşüb balalarını başına yığır, Şəmkirin Seyfəlli kəndində - Əhməd Cavadın ata yurdunda şərəflə yaşayıb buradan da dünyadan köçür...
   Böyük Vətən müharibəsi Camaləd-dinlə Zəkiyyəni yeni sınaqlara çəkir. Bu iki insandan hansının daha igid olduğunu müəyyənləşdirmək çətindir. Böyük ailənin yükünü zərif çiyinlərində daşıyan, əlləri ilə balalarını aclıqdan, çətinliklərdən xilas edən Zəkiyyə, yoxsa əlinə silah alıb hər gün ölümlə gözgözə duran Camaləddin? Batalyon
komandiri kimi oddan-alovdan keçən C.Cəlilov müharibə başa çatanda mayor rütbəsində vətənə qayıdır. 1948-1952-ci illərdə o, Qusar Rayon
İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışır, Respublika Ali Sovetinin deputatı seçilr.
   Həmin illərdə onun rəhbərliyi altında rayonda xeyli tikinti və abadlıq işləri görülür. Ömrünün son illərində o, Aşağı Ləgər kənd məktəbində hərbi rəhbər işləyir. Camaləddinlə Zəkiyyə altı övlad böyüdüb tərbiyə edirlər.
   1954-cü ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirən Əsin Cəlilova təyinatla Qusar rayonunun Piral kənd məktəbinə göndərilir. 1955-ci ildə Əhməd Cavada bəraət verilir. Bu hadisə Əsinin taleyində silinməz izlər qoyur. Xalası Şükriyyənin sonsuz fədakarlığının şahidi olmuş Əsin üçün bu qadın təkcə gözəllik mücəssəməsi,
kədər, qəm dağı deyildi, həm də namus, qeyrət timsalı idi.
   Piral kəndində 15 il ingilis dili fənnini tədris edən Əsin müəllimə savadı və mədəniyyəti ilə hamının hörmətini qazanır. Məktəbin direktoru, əslən Yargun kəndindən olan Şahlar Babaxanov isə könlünü ona verir. Ailə həyatı qurduqdan sonra bu cütlük bir neçə il Yargundan Pirala işə piyada gedib-gəlir. Sonradan hər ikisi Yargunda işləyir.
   Atası kimi düzlüyü, haqqı, ədaləti sevən Əsin müəllimə etiraf edir ki, ürəyində şerə, ədəbiyyata böyük sevgini Əhməd Cavad oyadıb. Şükriyyə xalasının böyük vəfası və sədaqəti isə onun üçün əsl fədakarlıq nümunəsi olub. Həyat yoldaşına və övladlarına qəlbinin bütün telləri ilə bağlı olan bu qadın ailənin kiçik dövlət olduğunu, onun möhkəmliyindən ölkənin qüdrətinin asılı olduğunu dərk edən əsl anadır.
   Onun övladlarından Klara müəllimədir, Moskvada yaşayır. Həsənbala Bakıdakı “Real” klinikasının baş həkimidir. Hacıbala müəllimdir, doğma kənd məktəbində çalışır. Xanlar iş adamıdır, Moskvada yaşayır, Zəminə evdar qadındır.
   Şahlar müəllim 2004-cü ildə vəfat edib. Əsin müəllimə çoxdan pensiyaya çıxıb. İndi onları məktəbdə oğulları Hacıbala və gəlinləri Gülzar əvəz edir. Ziyalılıqda və kübarlıqda ikisi də onlara çəkib. Ailə bir yerə yığışanda tez-tez Əhməd Cavadla Şükriyyənin başına gələn faciələri, onların əzablı taleyini, bir-birinə olan sonsuz məhəbbətini xatırlayırlar.
 
Sədaqət KƏRIMOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
ЧIал храйтIа дидейри... Cа халкьдиз кьве алфавит? Metodikadan kənar kitab Хуьрерин гьуьжет алай тIварар Гуьнгуьна авачир гафарганар
Статьи из этой рубрики
Сенятди квадарна Haradir vətənim? КьатI хьайи уьмуьр Кьве веси Спасенные жизни
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ