Qusar nahiyəsi 1913-1922-ci illərdə
Тарихдин геле аваз  |  1(327) 2019      
     “İqbal” qəzetinin 27 dekabr 1913-cü il ta­rixli sayında Quba qəzasının Yasab kəndi ilə bağlı məqalə dərc olunub. Məqalənin müəllifi İsmayil Mehdizadədir. Onun yazdığına görə 1913-cü ilin dekabrın 20-də Molla Məhəmməd əfəndinin təşəbbüsü ilə kənd əhalisinin yığıncağı keçirilib. Yığıncaqda maarif nazirinə məktub yazılıb. Həmin məktubda qeyd edilib ki, 400 evi olan Yasab kəndinin məktəbə ehtiyacı vardır. Əhali xahiş edir ki, tezliklə kənddə məktəb binası tikilib istifadəyə verilsin. Məktəbə rəhbərlik Abdi Camiyevə tapşırılsın.
     Həmin gün əhali məktəb tikintisindən ötrü 815 manat pul yığıb.
 
***
     Bakı və Quba qəzası üzrə qubernator təyin edilmiş türk ordusu baş qərargahının polkovniki Məhəmməd Fəthibəy və Qafqaz cəbhəsi üzrə türk ordusunun baş komandanı Ferik Nuru paşa 1918-ci il oktyabrın 5-də Qubaya gəldilər. Onları başda hakimiyyət orqanları olmaqla müsəlman və yəhudi ruhaniləri qarşıladı. Ruhanilər dua oxumaq, bəylər isə duz-çörək təqdim etməklə onların qarşısında ikiqat olub səcdə edirdilər.
     Həmin gün əhali qarşısında çıxış edən M.Fəthibəy və Nuru paşa Azərbaycan Demokratik Hökumətini müdafiə etməyə çağırır, 19 yaşdan 24 yaşa kimi olan bütün gənc­ləri milli dövlət ordusuna xidmət etmək üçün göndərməyə əhalini təhrik edirdilər.
“Azərbaycan” qəzeti (rusca) №11, 16 oktyabr 1918-ci il.
 
***
     Çarın 17 iyul 1914-cü il tarixli fərmanına əsasən hər yerdə olduğu kimi, Quba qəzasında da səfərbərlik elan edildi. Amma bu səfərbərlik qeyri azərbaycanlı əhaliyə, ləzgilərə şamil olunmuşdu. Fərman veriləndən 1915-ci ilin payızınadək Quba qazasından 2000 ləzgi gənci müharibəyə göndərilmiş və onların ailələrindən zorla bir o qədər də döyüş atı alınmışdı.
     Bu haqsızlıqdan sonra çar məmurları Quba qəzasında böyük səfərbərlik elan etdilər və buradan 5000 ləzgini müharibəyə göndərməyi qərara aldılar. Həmin hadisə ləzgilərin kütləvi etirazlarına səbəb oldu. Qusar nahiyəsinin Hil, Gədəzeyxür, Xuray, Suvaçal, Yuxarı Ləgər, Yasab, Əniğ, Kuzun, Zuxul kəndlərinin əhalisi çar ordusuna əsgər verməkdən boyun qaçı­raraq, qiyam qaldırdılar. Hil kəndinin əhalisi eyni zamanda çar məmurlarını qovub, xəzinə torpaqlarını başdan-başa öz əlinə keçirdi.
 
Известия Азербайджанского центрального статистического управления. №8 1/8, отдел таблицы. Баку, издание АИСУ. 1924, ч. 88; Azərbaycan SSR MDTA, fond 1, iş 1136, vərəq 2-3.
 
***
     Getdikcə daha ağır məhrumiyyətlərə düçar olan Quba qəzası əhalisinin, xüsusən də ləzgilərin haqsızlığa qarşı mübarizəsi 1917-ci ilin ilk günlərindən mütəşəkkil xarakter aldı. Həmin ilin iyun ayında Qusar nahiyəsinin Əniğ, Zindanmuruq, Cağar, Kuzun kəndlərinin əhalisi silaha sarılaraq, özbaşınalıqlara yol verən hökumət orqanlarına ciddi xəbərdarlıq etdi. Bundan əlavə nahiyənin Zeyxur və Müşkür nahiyəsinin Yalama kəndlərinin əha­lisi hökumət nümayəndələrini və polisi bu ərazilərdən qovmuşdu.
“Kaspi” qəzeti, 12 aprel 1917-ci il.
 
***
     1918-ci ilin martında bolşevik hakimiy­yətinə qarşı güclü müqavimət göstərmək məqsədilə silahlı dəstələrin yaradılmasından ötrü Quba qəzasında Ə.Zizikskinin rəhbərliyi ilə iclas keçirildi. Həmin iclasda iştirak etmiş Molla Möhübəlinin, Qusar nahiyəsinin Urva kənd sakini Mehdi Şeydabəy oğlunun, nahiyənin Gədəzeyxur kənd sakini Gülməmməd Nurəli oğlunun yaratdiğı dəstələr xüsusilə fərqlənirdi. Əksinqilab qüvvələri daha çox qəzanın Dəvəçi, Rustov, Qusar nahiyələrində cəmləşirdi.
 
“Qızıl qvardiyaçı” qəzeti  № 5, 7 noyabr 1935-ci il.
***
     1918-ci ilin payızında Quba qəzasında kəndlilərin talan edilməsi gücləndi. Qusar nahiyəsinin Şirvanovka kəndlilərinin atlarını zorla aparmışdılar. Kəndlilər bu haqda Bakı qubernatoruna şikayət etsə də, heç bir tədbir görülməmişdi.  
     Qəzada olan soyğunçuluq zəhmətkeşlərin kəskin narazılığına səbəb olmuşdu. Bu soyğunçuluğa qarşı Qusar nahiyəsinin Əniğ, Zindanmuruq, Cağar, Xuray kəndlilərinin çı­xışları oldu. Bu çıxışlar silah gücünə yatırılırdı.
Azərbaycan SSR OİMDA, fond 1046, siyahı 2, iş 74, vərəq 8, 9, 20, 68-71.
 
***
     1919-cu ilin əvvəllərində hökumət orqanları kəndlərə polis və hərbi dəstələr göndərir, bu dəstələr isə zorla kəndlilərin var-yoxunu əllərindən alırdılar. Qusar nahiyəsinin Kuzun, Bədişqala, Yasab, Yuxarı Zeyxur kəndlilərindən bir neçə min pud buğda, arpa, 500 başdan artıq qoyun-keçi, 180 baş qaramal, habelə yağ və başqa kənd təsərrüfatı məhsulları almışdılar.
     Qəza hökumət orqanlarının özbaşınalığına son qoyulmasına çalışan kəndlilər, 1919-cu ilin fevralında Bakıya göndərdikləri nümayəndələri vasitəsilə Dağıstanla birləşməyə izn verilməsini tələb edirdilər.
“İttixat” qəzeti №1, 21 fevral 1919-cu il.
 
***
     1920-ci ilin avqustun 25-də qarnizon rəisi Rizinin komandanlığı altında bir dəstə milis dəstəsinin köməyinə göndərildi. Zindanmuruq kəndi yanında birləşən bu qüvvələr avqustun 26-da saat 16-da düşmən üzərinə hücüma keçdilər. Möhübəli əfəndinin, ora getmiş Şıxlar kəndi bəylərinin və Kazım əfəndinin bilavasitə başçılıq etdiyi 200 nəfərdən ibarət atlı və piyada əksinqilab dəstəsi hər tərəfdən pusqu düzəldib hərbi dəstəni yenidən mühasirəyə alaraq, pulemyot atəşinə tutdu. Burada qanlı bir döyüş başlandı. Terentyev başda olmaqla 22 nəfər əsgər, 1 nəfər milis həlak oldu. 5 nəfər isə yaralandı. Üsyançılardan 2 nəfər əsir alındı. Avqustun 27-də dəstənin sağ qalmış döyüşçüləri kəndlilərin müşayiəti ilə Qusara qayıtdılar.
Azərbaycan SSR OİMDA, fond 27,siyahı 5, iş 97, vərəq 2.
 
***
     Qusar nahiyəsinin bir sira kəndlərində antisovet təbliğatı daha açıq şəkil aldı. Bunun başlıca təşəbbüsçüsü Hatəm və onun əlaltıları idi. Halbuki Sovet höküməti dəfələrlə ona bağışlanacağını bildirmiş, o isə buna etina etmədən özünün antisovet çıxışlarını davam etdirməkdə idi... Onun dəstəsində nahiyənin Çətkün, Kiçan, Cağar, Düztahir, Yuxarı Kalunxür və başqa kəndlərinin bir sira sakinləri birləşmişdilər.
     1921-ci ilin axırlarında onları təqib etmək üçün Qusar qarnizonundan bir hərbi dəstə göndərildi. Lakin hərbi dəstə 1922-ci ilin yanvarın əvəllərində Yuxarı Kalunxür kəndi yanında atəşə tutuldu. Burada başlanan şiddətli atışma hərbi dəstənin geri qayıtması ilə nəticələndi.
 
Sov.İKP MK yanında MLİ Azərbaycan filialının partiya arxivi, fond 1, siyahı 125, iş 181, vərəq 48-49.
 
Hazırladı: M.MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
“Самурдин” 27 йис хьанва Халкьдин шаир ЧIалаз кьецI гумир Чун гьикI муьтIуьгъарзавай?
Статьи из этой рубрики
РикIелай ракъурдач Bakıya köməyə gələn ləzgilər ЧIехи амадаг Чун гьикI муьтIуьгъарзавай? QUBA QƏZASINDA ANTİSOVET ÇIXIŞLARI
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ