QUBA QƏZASINDA ANTİSOVET ÇIXIŞLARI
Тарихдин геле аваз  |  8(334) 2019      
(Əvvəli qəzetimizin 31 iyul 2019-cu il tarixli sayinda)
 
     Əsgərlər rədd cavabı verən kimi, Mürsəl bəy hazır vəziyyətdə durmuş dəstəsinə hərbi qatara atəş açmağı əmr etdi. Bir neçə saat davam edən atışma nəticəsində dörd əsgər öldü, iki nəfər isə ağır yaralandı. Bundan hiddətlənən əsgərlər dinc müsəlman əhalisinə divan tutmağı qərara aldılar. Lakin qatarın hər tərəfdən mühasirəyə alındığını görüb, bu niyyətdən əl çəkdilər. Bakı bolşevikləri mühasirədəkilərin köməyinə bir zirehli qatar göndərdi, amma Sarvan və Çarxı stansiyaları arasında dəmir yolu dağıdıldığına görə qatar Xaçmaza gələ bilmədi.
     Bolşeviklərin tərəfinə keçmiş dəmiryolçular yanvarın 28-də eşelonları qəfil yola saldılar. Bundan hiddətlənən silahlı dəstələr stansiyaya hücum çəkib, sovetlərə dəstək verən 28 nəfəri qətlə yetirdilər. Atışma getdikcə geniş miqyas aldı. Bolşeviklərin yaratdıqları kişik dəstələr Mürsəl bəyin rəhbərlik etdiyi silahlıların qarşısında uzun müddət tab gətirə bilmədi. Döyüşlər zamanı yüzlərlə insan həlak oldu. Şıxlar kəndinin bəyləri 100-dən çox xaçmazlını əsir aldılar. Sonradan əsirlər Dərbənddən gəlmiş nüfuzlu adamların təkidi ilə azad olundu.
     Bu hadisələrdən sonra Sovet hakimiyyəti tərəfdarları ilə onun əleyhdarları arasında mübarizə qəti xarakter aldı. Bakıda Sovet hakimiyyətini yıxmağa çalışanlara kömək məqsədilə Quba qəzasında Əli bəy Zizikski başda olmaqla bütün əksinqilabi qüvvələr birləşməyə başladı. 1918-ci ilin martın axırlarında Ə.Zizikski ikinci dəfə bir sıra silahdaşlarını – dəvəçili Həmdulla əfəndini, qonaqkəndli Mayıl Zahirovu (qaçaq Mayılı), Müşkür nahiyəsinin Şıxlar kəndinin bəylərini, Qusar nahiyəsinin Kuzun kəndinin sakini Möhübəli əfəndini, Urva kəndinin sakini Mehdi Şeydabəy oğlunu, Gədəzeyxür kəndinin sakini Gülməmməd Nurəli oğlunu Qubaya toplayaraq, iclas keçirir. Həmin iclasda Əli bəy Zizikski “Qırmızılar Qubanı görə bilməzlər!” – deyir və onlara təcili surətdə silahlı dəstələr yaratmağı məsləhət görür. (Bax: “Qızıl qvardiyaçı” qəzeti, №5. 7 noyabr 1935-ci il). Beləliklə, bir müddətdən sonra Dəvəçi, Rustov, Qusar və Müşkür yahiyələrində minlərlə silahlıdan ibarət dəstələr qırmızılara zərbə endirmək üçün hazır vəziyyətə gətirilir. (Bax: Yenə orada).
     Quba qəzasındakı vəziyyətdən xəbər tutan Bakı Soveti əksinqilabi qüvvələri qabaqlamaqdan ötrü martın ikinci yarısında Məşədi Əzizbəyovu Xaçmaza göndərir. Burada o, qəza bolşeviklərinin iclasını keçirir. Həmin iclasda hakimiyyətin sovetlər tərəfindən ələ alınmasından ötrü qərar qəbul edilir. Bildirilir ki, bolşeviklərə kömək məqsədilə yaxın vaxtlarda buraya hərbi hissələr göndəriləcək.
     Bu tədbirdən sonra antisovet qüvvələr daha mütəçəkkil qruplaşmağa başladı. Onların dəstələrində silahlıların sayı da artdı. Yüzlərlə qaçağa rəhbərlik edən Möhübəli əfəndi keçmiş çar ordusunun zabiti, Cağar kəndinin sakini polkovnik Hatəm Sərkarovu (Hatəm ağa Cağarvini) və başqalarını da antisovet çıxışlarına cəlb etdi.
     Vəziyyətin bu cür dəyişməsindən bərk narahat olan bolşeviklər Qubanın indi Qırmızı Qəsəbə adlanan yaşayış məntəqəsində, İsaq İfraimovun evində gizli müşavirə keçirdilər. Həmin müşavirədə qəzada təcili olaraq Qızıl qvardiyanın yaradılması qərara alındı. Yerli bolşeviklərdən Ə.Nəcəfov, M.Mehdiyev, M.Abdullayev və başqaları Qızıl qvardiyanın təşkilinə başladı. Tezliklə İsaq İfraimovun, Şamaq Danilovun, İsaak İlyayevin, Şəlim Mardaxay oğlunun rəhbərliyi ilə yəhudi Qızıl qvardiyası və Qırmızı partizan dəstələri yaradıldı. Bundan sonra daha bir neçə dəstə təşkil olundu. Beləliklə, qısa müddət ərzində qəzada Qızıl qvardiya yaradıldı.
     Antisovet qüvvələrinin rəhbərləri bundan xəbər tutaraq, İbrahim bəy və Həsən bəy başda olmaqla qəsəbədə yaşayan tacir Asəf Ağababayevin evində 20 nəfərin iştirakı ilə növbəti dəfə iclas keçirdilər. Burada Quba şəhərinin bolşeviklərə təslim edilməməsi və ayrı-ayrı silahlı dəstələrin nahiyələr üzrə yerləçdirilməsi qərara alındı.
     Martın axırlarında Bakı Soveti Qızıl qvardiyaya kömək məqsədilə Xaçmaza hərbi hissələr göndərdi. Aparıcı qüvvə 5-ci batalyon idi. Xaşmazin bəzi kəndlərinin əhalisi hərbi hissələri sevinclə qarşılayıb onlara yardımçı oldu. Bundan ruhlanan qırmızılar aprelin 1-nə keçən gecə Quba şəhərinə daxil olub qəza rəisi Əli bəy Zizikskidən hakimiyyətin sovetlərə verilməsini tələb etdi. Qərara gəlmək üçün iki saat vaxt istəyən Ə.Zizikski Qusardakı silahdaşlarının yanına gəlib buradakı silahlı ləzgi dəstələrindən kömək istəyir. Ertəsi gün qəza rəisinin gəlmədiyini görən Qızıl qvardiya dəstələri şəhər meydanına daxil olur və burada Müvəqqəti hökumətə məxsus hakimiyyət orqanlarının devrildiyini və hakimiyyətin sovetlərin əlinə keçdiyini bildirirlər.
     Bir neçə gündən sonra Əli bəy Zizikskinin, Möhübəli əfəndinin və Hatəm ağanın başçılıq etdikləri ləzgi silahlı dəstələri bolşevikləri qovmaq üçün Qubaya hücuma keçir. Bu vaxt Rustov və Dəvəçi nahiyələrinin silahlı dəstələri də şəhər üzərinə yeriyir. Bir neçə saatlıq qanlı vuruşmalardan sonra ləzgilərin qarşısında tab gətirməyən qəsəbədəki Qızıl qvardiya dəstələri mövqelərini qoyub qaçır. Qəsəbə alındıqdan sonra Qubaya hücum başlanır. Ləzgilər, həmçinin Rustovdan və Dəvəçidən gələn qüvvələr tərəfindən sıxışdırılan Qızıl qvardiya dəstələri bu hücumun qarşısında aciz qalaraq Xaçmaz istiqamətində geri çəkilir. Beləliklə qəza mərkəzi bolşeviklərdən azad olunur.
     Bu hadisələrdən sonra Bakı Soveti yenidən qəzaya hərbi hissələr göndərir. Əksəriyyəti erməni daşnaklarından ibarət olan həmin hissələr vəhşiliklər törədir, Sovet hakimiyyətini bərpa etmək adı altında müsəlmanları qırırdılar. Yerli müqavimət dəstələri ilə bir neçə günlük döyüşlərdən sonra onlar 1918-ci ilin aprelin 23-də yenidən Qubada Sovet hakimiyyətini elan etdilər.
     Bundan iki gün sonra Bakı Fəhlə, Əsgər və Matros Deputatları Sovetinin iclası keçirilir və burada Bakı Xalq Komissarları Soveti təşkil olunur. Stepan Şaumyan onun sədri seçilir. Şaumyan hakimiyyətə gələn kimi, Quba qəzasıni tabe etdirmək üçün oraya çar ordusunun keçmiş zabiti, polkovnik Amazasp başda olmaqla təpədən-dırnağa kimi silahlanmış, ancaq erməni daşnaklarından ibarət 2 minlik hərbi hissə göndərir. (Bax: Sov. İKP MK yanında MLİ Azərbaycan filialının partiya arxivi. Fond 456. Siyahı 16, iş 212, vərəq 136). Beləliklə ermənilər Amazasp gələnə kimi burada törətdikləri milli qırğınlarn miqyasını genişləndirmək imkanı əldə etdilər. Tarixə Quba soyqırımı kimi düşmüş bu qırğınlar zamanı erməni daşnakları qəzada 16 mindən çox müsəlmanı qətlə yetirmiş, 167 kəndi dağıtmığlar. Nəhayət, Amazaspın quldur dəstələri mayın 18-də qəzanın Digah kəndi ətrafında, indi “Qanlı dərə” adlanan yerdə ləzgilər tərəfindən darmadağın edildi.
     Bu dəfə də Quba qəzasında Sovet hakimiyyətini qura bilməyən bolşeviklər yenidən buraya hücuma hazırlaşdılar.
     1918-ci ilin iyunun 6-da Xaçmaza polkovnik Davidyansın komandanlığı altında 3 min nəfərlik qoşun gəldi. Ona Quba üzərinə hücuma keçmək üçün xüsusi tapşırıq verilmişdi. Martıkyanın və Popovun hərbi hissələrindən sağ qalmış əsgərlərlə birlikdə Xaçmazda 5 min nəfərdən çox daşnak-bolşevik hərbi qüvvələri cəmləşdi. Buna baxmayaraq, Davidyans müxtəlif bəhanələrlə Qubaya hücumu yubadırdı. O, yaxşı bilirdi ki, ləzgilərlə döyüşmək üçün 5-6 min əsgər kifayət deyil. Odur ki, Bakıdan yeni qüvvələrin gəlməsini gözləməyə başladı.
     Nəhayət, Şaumyanın göndərdiyi 10 min nəfərlik bolşevik-daşnak qoşunu iyulun 4-də Quba üzərinə yeridi. Süvari dəstələrə, çoxlu topa və pulemyota malik qoşun güclü müqavimətə rast gəlmədən, kiçik döyüşlərlə şəhəri tutdu. “Qanlı dərə”də döyüşmüş dəstələr Hatəm ağanın tapşırığı ilə yenidən Digah kəndi ətrafında birləşdi və iyulun 6-da Qubanı mühasirəyə aldı. Qanlı döyüşlər başlandı. Bolşeviklər xeyli itki versələr də, onların əsgərləri sayca çox idi və ara vermədən toplardan atəş açırdılar. Ertəsi gün gecə həddən artıq itki verməmk üçün Hatəm ağa, Möhübəli əfəndi və Əbdürrəhim əfəndi silahlı dəstələrini şəhər ətrafındakı mövqelərdən geri çəkdi və Digah kəndi yaxınlığındakı “Dərin dərə” deyilən yerdə mövqe tutub növbəti döyüşlərə hazırlaşdı. Bunu bolşevik qoşunlarının qələbəsi kimi qələmə verən Şaumyan 1918-ci ilin iyulun 9-da V.İ.Leninə belə bir teleqram göndərdi: “İyulun 6-da Ləzgilər Qubanı mühasirəyə aldılar: vuruşma 8 saata qədər davam etdi, nəticədə düşmən geri oturduldu və qoşunlarımız Qubanın ətrafındakı mövqeləri tutdular.” (Bax: Из истории гражданской войны в СССР. I том. М., 1960, стр. 567).
Əslində isə vəziyyət başqa cür idi. 50-dən çox topa, xüsusi artilleriya və pulemyotçu dəstələrinə malik bolşevik-daşnak hərbi birləşmələri təkcə “Dərin dərə”də ləzgilərlə iki həftə döyüşmüş, lakin lazımi mövqeləri tuta bilməmişdi.
Müzəffər MƏLİKMƏMMƏDOV
(ardı var)
 
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И ЧИЛ ХАЙИ ДИГЕ Я ТАРИХДИЗ ЭЛКЪВЕНА ЖЕГЬИЛРИН МЯРЕКАТ ЯРКОГО ВЗЛЕТА, АЙНЕЛЬ! ZEYXUR AKADEMİYASI
Статьи из этой рубрики
Билистан, я тахьайтIа Билисан? Чун гьикI муьтIуьгъарзавай? РикIелай ракъурдач ЧIехи амадаг Чун гьикI муьтIуьгъарзавай?
ЦIИЙИ ТИЛИТ
№: 3(348)
апрель, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Tarixin izi ilə
Qarabağ müharibəsi
Яран сувар
Yubiley
Люди и судьбы
Диктант
Дагъустан
Редактордин гаф
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
Жеч гьа!..
И чил хайи диге я
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Добрые вести
Лезги чIалан месэлаяр
Марагълу инсанар
Новости Россотрудничества
Redaksiyaya məktub
Известные лезгины
Языки мира
Квез чидани?
Лезгияр вирина
SOS!!!
Юбилей
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Чи адетар
Мораль
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Известные кавказоведы
Çıxışlarımızın əks-sədası
Алимрин веревирдер
Чешне къачу!
Чакай кхьенай ...
Эпитафия
Барка
Ша, лезги чIалал рахан!
Хабарар
Харусенят
Этнография
Тарихдин геле аваз
Поэзия
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ