Quba soyqrımı haqqında yeni kitab
Yeni kitablar  |  9(335) 2019      
   Bu günlərdə “Azər­bay­can” nəşriy­ya­­tı ya­zı­çı-jurnalist Müzəffər Mə­lik­mə­m­mə­dovun “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabının əlavələr olunmuş və tamam­lanmış ikinci nəşrini çapdan buraxmışdır. Erməni daşnaklarının və bolşeviklərin 1918-ci ildə Quba qəzasında törətdikləri qırğınlarla əlaqədar olaraq 40 ildən çox axtarışlar aparmış müəllifin bu kitabı Azərbaycan, Türkiyə, Dağıstan və Rusiya arxiv­lərinin sənədləri, həmin dövrün mətbuat orqanlarının materialları, işğalçılarla döyüşmüş insanların və qanlı hadisələrin şahidi olmuş adamların xatirələri əsasında qələmə alınmışdır.    
  Quba soyqırımının ilk tətqiqatçısı olan Müzəffər Məlikməmmədovun 2009-cu ildə işıq üzü görmüş “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabının birinci nəşri nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda geniş əks-səda doğurmuşdu. 2015-ci ilin mart ayında İsveçrənin Azərbaycanlılar Konqresinin 1918-ci ilin soyqırımı ilə bağlı bu ölkənin siyasi partiyalarının liderləri və İsveçrə parlamentinin üzvləri ilə birgə keçirdiyi tədbirdə digər sənədlər və kitablarla yanaşı “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabı da erməni daşnaklarının törətdikləri vəhşilikləri tutarlı faktlarla sübuta yetirən mənbə kimi təqdim olunub.
   Respublikamızın ayrı-ayrı rayonlarından, xüsusən də şimal bölgəsinin rayonlarından 2 mindən çox oxucunun müraciətindən sonra müəllif kitabın əlavələr olunmuş və tamamlanmış ikinci nəşrini çapa hazırlamağı qərara almış və axtarışları davam etdirmişdir. 
   Quba soyqırımı tarixə ən dəhşətli qırğınlardan biri kimi düşüb. 1918-ci ildə işğalçı erməni-bolşevik qoşunları Quba qəzasında 167 kəndi dağıtmış, bunlardan 27-sini əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişdir. Təpədən dırnağa kimi silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən ləzgilər azərbaycanlılarla və başqa millətlərin nümayəndələri ilə birlikdə işğalçıların 5 mindən çox əsgərini tələf etmişdir. Ona görə də ulu öndər Heydər Əliyev 1998-ci ilin oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşü zamanı demişdir: “Qanlı dərə”də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər.”
   Uzun illər apardığı tədqiqatlar müəllifə Quba qəzasının 1918-ci ildə erməni daşnaklarına və 1920-1928-ci illərdə bolşevik işğalçılarına qarşı döyüşlərdə fərqlənmiş yüzlərlə qəhrəman övladının siyahısını tər­tib etməyə imkan verib. 
Kitabın “Quba qəzasının şəhər və kəndlərinə vurulmuş ziyan sənədlərdə” adlı yeni bölməsində talanlara və qırğınlara məruz qalmış şəhər və kəndlərin minlərlə sakininin siyahısı verilib. Siyahılarda o vaxt konkret insanlara vurulmuş ziyan, həmçinin şəhər və ayrı-ayrı kəndlər üzrə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş insanların adları və soyadları göstərilib. Eyni zamanda qırğın və talanlara məruz qalmış azərbaycanlıların yaşadıqları kəndlərin, ləzgi, tat, qrız və cek kəndlərinin tam siyahısı dərc olunub.
   Yeni nəşrdə ilk dəfə olaraq, Quba qəzasında baş vermiş döyüşlər rəngli sxemlərlə oxuculara təqdim olunub. Ehtiyatda olan general-leytenant Yaşar Ay­dəmirovun çəkdiyi həmin sxemlər o vaxt işğalçılara qarşı döyüşlərin necə aparıldığı və qələbənin necə qazanıldığı barədə aydın təsəvvür yaradır.
Kütləvi tirajla, nəfis tərtibatda çap olunmuş irihəcmli kitabın redaktoru tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova, hərbi məsləhətçisi ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, sponsoru respublikamızın neçə-neçə qələm sahibinin kitablarının çapına yardım etmiş iş adamı Sabir Fərzəliyevdir.
1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin Quba qəzasında törətdikləri soyqırımın 100 illiyi ilə əlaqədar qələmə alınmış yeni kitab həmin dövrdə işğalçılara güclü müqavimət göstərmiş, qeyri-bərabər və amansız döyüşlərdə həlak olmuş Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən rayonlarının qəhrəman övladlarının xatirəsinə ithaf olunmuşdur.
 
 “Samur”
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я «Самур» газет Эльбрусдин кукIушдал СтIал Сулейманаз икрамна Куьреда сувар Санал кхьини муькъвер туькIуьрна
Статьи из этой рубрики
DİLÇİLİK ELMİNƏ TÖHFƏ “Gülüstan” – 180 İmam Şamilə həsr olunur Elə yaşa ki... Türk dilində nəşr
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ