Buduqlar
Dağıstan xalqları  |  11(337) 2019      
   Dünya tarixçiləri, səyahətçiləri, etnoqrafları və linqvistləri üçün Qafqaz maraqlı axtarışlar məkanı sayılır. Burada onlarca xalqın əsrlər boyu eyni ərazidə bir-birinin qonşuluğunda yaşamasına baxmayaraq, doğma dillərini, özünəməxsus adət-ənənələrini, mədəniyyətlərini qorumasi tədqiqatçılari cəlb edir. Belə maraqlı bölgələrdən biri də  Azərbaycan Respublikasının Quba ra­yonunun şimal-şərq ərazisidir. Burada qədimdən öz tarixi ərazilərində yaşayan bir sıra xalqların doğma dillərini qoruyub saxlamaqla yanaşı, azərbaycan dilində də sərbəst danışmaları alimlər üçün maraqlı tədqiqatlar mövzusudur. Belə xalqlardan birinin - dəniz səviyyəsindən 1800 metr yüksəklikdə,  təbiətin sərt qoynunda, yaşayış üçün olduqca çətin şəraitdə öz ayrıca anklavlarında yaşayan, bənzərsiz adət-ənənələrini, etnik xüsusiyyətlərini, etnoqrafik rəngarəngliklərini qoruyub saxlayan buduqların tarixi kifayət qədər öyrənilməyib. 
   Bəzi tədqiqatçılar Buduğun tayfa adı olub, Herodotun adını çəkdiyi “budi”lərlə əlaqədar olduğunu deyir (Алиев. К. К вопросу о племенах Кавказской Албании.–Исследования по истории культуры народов Востока. М., - Л., 1960, с. 93). Digər tədqiqaqtçılar buduqların Qafqaz Albaniyasının tayfalarından biri olduğunu qeyd edir.
Bunların əksinə olan mülahizələr yürüdənlər də var. Onlar buduqları Çingiz xanın qoşununda vuruşmuş budat tayfası ilə eyniləşdirirlər. Budatlar haqqında ilk dəfə Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış Fəzlullah Rəşid əd Dinin “Came ət-təvarix” (“Tarixlərin toplusu”) əsərində məlumat verilib. Buduqların budatlarla eyniləşdirilməsi fikri ilə razılaşmaq mümkün deyil. Belə çixir ki, buduqlar vaxtı ilə Çingiz xanın qoşununun tərkibində Qafqaza gəliblər. Halbuki onlar gəlmə deyil, Qafqazın qədimdən burada yaşamış aborigen xalqlarından biridir. Onların dili də bunu sübut edir. Ləzgi dil qrupuna daxil olan buduq dilində ləzgi, qrız, saxur, tabasaran, udin dillərində eyni mənada işlənən yüzlərlə söz vardır. 
   Tarixi faktlar Buduğun orta əsrlərdə Şamaxı xanlığının tərkibində olduğunu, XVIII əsrdən Quba xanlığının tabeliyinə, XIX əsrin əvvəllərindən isə Rusiya imperiyasının hakimiyyətinə keçdiyini təsdiq edir. Şahdağ xalqları, o cümlədən buduqlar haqqında ilk yazılı məlumatlar alman mənşəli rus zabiti, 1 Pyotrun İran yürüşünün (1722-1723) iştirakçısı olmuş İ.Q.Qerberə məxsusdur. XIX əsrin ikinci yarısında N.K.Zeydlits həmin xalqlarla bağlı etno-
qrafik materiallar dərc etdirmişdir.
   Buduqlarla bağlı dövrümüzə gəlib çatmış ilk rəsmi sənəd 1607-ci ildə Səfəvi hökmdarı I Şah Abbas tərəfindən verilmiş fərman hesab olunur. XVIII əsrdə və XIX əsrin əvvəllərində Quba xanlarından Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın xanlığın müxtəlif mahalları, o cümlədən Buduqla bağlı verdikləri bir sıra fərmanlar Azərbaycanın və Rusiyanın dövlət arxivlərində saxlanır.
XVIII əsrin rus müəlliflərindən İ.Q.Qerberin və F.F.Simonoviçin Buduq və buduqlarla bağlı maraqlı məlumatları vardır. 1828-1831-ci illərdə Qubanın komendantı olmuş F.A.Şnitnikovun “Quba əyalətinin təsviri. 1832-ci il.” adlı qeydlərində əyalətin ayrı-ayrı bölgələri ilə yanaşı, Buduq mahalı haqqında da məlumatlar vardır. (Шнитников Ф.Л. Описание Кубинской провинции. 1832 г. - В кн.: История, география и этнография Дагестана. М.: 1958, с.329-334).
   İ.Q.Qerberin “Описание стран и народов вдоль западного берега Каспийского моря. 1728 г.” kitabında Qubanın Rustovdan yuxarıda yerləşən 6 böyük kəndindən geniş bəhs olunur. Onların arasında Buduğun böyüklüyü ilə seçildiyi göstərilir.  Buduq, Əlik və Haput sakinlərinin ləzgi dilində, həmçinin türk və tatar dillərinin qarışığında danışdıqları deyilir. (Бах: История, география и этнография Дагестана. -М. 1958. с. 80)
   V.Leqkobıtov özünün “Quba qəzası” adlı qeydlərində buduqlardan rəğbətlə söz açır: “Yuxarıbaş və digər yuxarı mahalların (o cümlədən Buduq mahalınln) sakinləri möhkəm bədən quruluşları, gözəl sifətləri ilə seçilirlər, onlar uzunömürlü olmaları ilə fəxr edirlər” (Легкобытов В. Кубинская про-винция.-В кн.: Обозрение Российских владений за Кавказом. СПб.: 1836, 4.IV, с.95-148.:).
   Müəllif qəzanın 7 mahala bölündüyünü, 1.799 evdən ibarət olan Şabran mahalına 81, 1.458 evdən ibarət Şeşparaya 26, 2.846 evdən ibarət Müşkür və Tipə 90, 2.410 evdən ibarət Yuxarıbaş, Sırt və Əniğdərəyə 45, 1.262 evdən ibarət Xınalığa 6, 1.377 evdən ibarət Barmaka 26 və nəhayət, 1157 evdən ibarət Buduğa 19 kəndin daxil olduğunu göstərir. Bu rəqəmlər həmin dövrdə qəzanın mahallarında əhalinin necə sıx  məskunlaşdığını göstərir. 
   V.Leqkobıtov meşəsiz yamaclarda salınmış kəndin əhalisinin qışda təzək yandırmaq məcburiyyətində qaldığını, Qubanın əksər mahallarında bez toxunduğunu, xəncər hazırlandığını, Buduq mahalının isə qibləni göstərən kompasların hazırlanması ilə tanındığını, onların 50 qəpik gümüş pula satıldığını yazır.
   XIX əsrin ortalarında Buduqdan çıxıb Müşkür mahalında (indiki Xaçmaz rayonu) məskunlaşan buduqlar burada Buduqlu, Qaradağ  Buduq, Vəlioba, Ağyaz Buduq və yaxud Əziz oba, Qırxlar oba, Ramazan qışlağı, Qasım tala qışlağı, keçmiş Qonaqkənd (indiki Quba) rayonunda isə Güney Buduq (Qarabulaq), Dallıqaya və Qaraqız kəndlərinin əsasını qoymuşlar.
   1870-ci ildə Tiflisdə çapdan çıxmış sənədlər (Списки Населенных мест Российской империи. По Кавказскому краю. LXV Бакинская губерния.) həmin dövrdə Buduğun iqtisadi vəziyyəti haqqında təsəvvür yaratmağa kömək edir. Oradan oxuyuruq: “Buduqlar Buduq (320 təsərrüfat), Rük (36 təsərrüfat), Zeyid (99 təsərrüfat) kəndlərində yaşayırlar. Həmin kəndlərdən aşağıdakı təzə kəndlər: Vəli oba, Xoca oba, Ramazan qışlaq, Şərif  oba, Suxtaqala qışlaq, Çalov  qışlaq, Qaradağlı oba, Zeyid qışlaq, Qasımtala qışlağı, Əziz oba, Hacıxan oba, Qırxlar oba yaranmışdır.”
   XIX əsrin ikinci yarısında Buduğun adı xəzinə torpağı kimi qeyd olunur. Onun sakinlərinin digər xalqlardan fərqli olaraq Quba üsyanında iştirak etməməsi haqqında həmin dövrün rəsmi sənədlərində qeydlər var. Bunu A.S. Sumbatzadə də özünün “Quba üsyanı” (Bakı, 1961, səh 98) kitabında qeyd edir. Buna səbəb olaraq yerli feodal, mahalın naibi olan Məmmədxan Alpanskinin xalq arasında böyük nüfuz sahibi olması göstərilir.
    Mahal mərkəzi kimi özünün inzibati idarəetmə sisteminə malik olan Buduq qonşu mahallarla geniş ticarət və mədəniyyət əlaqələri saxlayırdı. SSRİ dövründə burada Buduq kənd sovetliyi yaradılır. XX əsrin 60-cı illərinə kimi keçmiş Qonaqkənd rayonunun tərkibində olur. Həmin dövr buduqlarm yaddaşında ən firavan dövr kimi qalıb. Bunu sübut etmək üçün bir neçə misal göstərmək kifayətdir. O vaxt kənddə yaşayış evlərinin sayı 500-dən çox idi. Burada orta məktəb fəaliyyət göstərirdi, ətraf kəndlərdən buraya oxumağa gələn uşaqların çoxluğu nəzərə alınaraq onlar üçün internat təşkil olunmuşdu. Klub, kitabxana, rabitə şöbəsi, feldşer-mama məntəqəsi kənd camaatının xidmətində idi. Yerli camaatın dediyinə görə, inqilaba qədər kənddə bir neçə məscid var idi, bir vaxtlar isə burada mədrəsə fəaliyyət göstərirmiş. Kənddə heyvandarlıq o dərəcədə inkişaf etmişdi ki, bolluq yaranmışdı. Buduğun qocaman sakinləri bir vaxtlar dağlarda yerləşən fermalardan kənddəki süd emalı məntəqəsinə saxsı borularla süd gətirildiyini qürurla xatırlayırlar.
   Qonaqkənd rayonu ləğv edildikdən sonra digər kəndlər kimi Buduq da tənəzzülə gedir, kənddən köç başlanır.
   1999-cu ildən etibarən Buduq eyniadlı bələdiyyənin mərkəzi hesab olunur. 2012-ci ildən burada 4 illik ibtidai məktəb fəaliyyət göstərir.
    “Buduq” sözünün mənası elm aləminə bu günə qədər məlum deyildir. Buduq qonşu xalqların onlara verdiyi addır. Onlar özlərini “budad“, öz dillərini isə “budad // budanu mez” adlandırırlar. Bu, əlifbası və dialektləri olmayan, yalnız şifahi şəkildə yayılan dildir. Bu dildə boğaz səslərinin çox olması diqqəti cəlb edir.
Dilçilər buduq dilinin nax-dağıstan dilləri ailəsinin ləzgi dil qrupuna aid olduğunu,  ləzgi  və qrız dillərinə yaxınlığını deyirlər. Buduq dili 43 fonemdən (9 sait və 34 samitdən) ibarətdir. Bu dildə ismin 19 halı mövcuddur.
   XVII əsrin ikinci yarısında Qafqaza səyahət edən K.Gildenştedt xınalıqlılar, buduqlar və qrızlar haqqında məlumat verərək, onlara bir yerdə Krişbudaq adı vermişdir. Q, səhvən bu xalqların tərəkəmə və ya türk olduqlarını göstərmişdir. (Иоганн Антон Гильденштедт. Путешествие по Кавказу в 1770 - 1773 гг. - СПб., Петербургское востоковедение, 2002).
   Buduq dili ilə bağlı ilk məlumatı 1895-ci ildə rus etnoqrafı və zabiti, Rusiya Coğrafiya Cəmiyyətinin həqiqi üzvü Rodriq fon Erkert vermişdir (Erckert R. Die Sprachen des Kaukasjschen Stammes. - Wien: 1895).
   Brokqauz və Efronun məşhur ensiklopedik lüğətində buduqların “Ləzgilər” adlı xüsusi tayfa olduğu, onların dillərinin çeçen dilinə yaxın olduğu qeyd edilir.  (Кавказские языки // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). - СПб., 1890-1907.
   XX əsrin əvvəllərində alman alimi A.Dirr Leypsiqdə udi, qrız, xınalıq və buduq dilləri ilə bağlı oçerklərdən ibarət kitab nəşr etdirmişdir.
   Qafqaz dillərinin bənzərsiz tədqiqçısı olan N.Y.Marr buduq dilini Dağıstan dillərinə aid etmişdir (Марр Н.Я. Племенной состав населения Кавказа. Классификация народов Кавказа. - Петроград: 1920.). 
   1911 -ci ildə C.Peterburqda çapdan çıxmış “Rus ensiklopediyası”nda Buduq kəndinin sakinləri ləzgi kimi göstərilmişdir.
   “Buduq” sözünə bir sıra tarixçilərin kitablarında təsadüf olunur. A. A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində Nadir şahın öz dəstəsi ilə bərabər Buduğa və Xınalığa tərəf hərəkət etdiyi göstərilir.
   Azərbaycan tarixçisi Vəlili (Baharlı) Məhəmmədhəsən l921-ci ildə Bakıda çap etdirdiyi “Azərbaycan.Coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat” kitabında buduqları “xüsusi Qafqaz xalqları ailəsi”nə daxil edib. M.M.İxilov özünün “Ləzgi qrupu xalqları” (Mahaçqala, 1967) kitabında buduqların yaşadığı ərazilər barədə məlumat verir.
   Buduq dili, onun qrammatik quruluşu son vaxtlar bir sıra alimlər üçün tədqiqat mövzusu olmuşdur. Bu sahədə Y.D.Deşeriyevin “Buduq dili” (Moskva, 1967) əsəri qiymətli tədqiqat hesab olunur. Ə.Şeyxovun “Buduq dili” (Moskva, 2001), İ.İ.İsayevin “Buduq dili “ (Moskva, 1970) kitablarında da buduq dili, onun qrammatikası ilə bağlı maraqlı tədqiqatlar toplanmışdır. Gürcü alimlərindən V.N.Pançvidze və V.İ.Kikilaşvili də buduq dili haqqında maraqlı elmi məqalələr yazmışlar.
   Buduq dilinin ən sanballı tədqiqatçıları görkəmli Dağıstan-ləzgi alimləri Bukar Talibov və Uneyzat Meylanova sayılırlar. Hər iki alim ömürlərinin bir neçə ilini Buduqda elmi ekspedisiyalara sərf etmiş, onların nəticəsi olaraq bir sıra əsərlər nəşr etdirmişlər. B.Talibov “Ləzgi dillərinin müqayisəli fonetikası” əsərində ləzgi qrupuna daxil olan bütün dillərin ləzgi dilindən şaxələndiyini, eyni kökdən - ləzgi dilindən bir-birinin ardınca xınalıq, arçi, udi, buduq, qrız, rutul, saxur, tabasaran və ağul dillərinin meydana gəldiyini  elmi əsaslarla sübut edir.
   U.Meylanovanın “Buduqca-rusca lüğəti”ni buduq dilinin öyrənilməsi sahəsində ən əhəmiyyətli addım hesab etmək olar. Alimin 1984-cü ildə Moskvada işıq üzü görmüş həmin lüğətində çap olunmuş oçerk linqvistik materialın zənginliyi baxımından diqqəti cəlb edir. Bundan başqa U.Meylanova “Buduq dilində felin quruluşu” (Tbilisi,1977) adlı sanballı əsərin də müəllifidir.
   Son vaxtlar Buduq və buduqlar haqqında geniş elmi axtarışların müəllifi bu xalqın tanınmış nümayəndələrindən biri  tarix elmləri doktoru, professor Vaqif Buduqlu-Piriyevdir. Onun 1994-cü ildə Bakınin “Sabah” nəşriyyatında çap olunmuş “Buduq və buduqlular” kitabı həmin mövzuda Azərbaycanda işıq üzü görmüş yeganə tədqiqat əsəri sayılır.
   XX əsrin əvvəllərinə kimi əhalisi 2500-3000 nəfər təşkil edən bu kənddə 2019-cu ilin siyahıyaalmasına əsasən 300 nəfər əhali yaşayır. İş yerlərinin olmaması üzündən sakinlərin çoxu kəndi tərk edib. Hazırda buduqlar Bakı, Sumqayıt şəhərlərində, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarında, Rusiyanın müxtəlif yerlərində yaşayırlar.
 
Sədaqət KƏRİMOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Дидед чIал - Ватан я РикIел хкана Долгая любовь моя Сталиназ ваъ лагьанай
Статьи из этой рубрики
Udilər Ləzgilər Xınalıqlılar Arçilər AĞULLAR
ЦIИЙИ ТИЛИТ
№: 7(352)
октябрь, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Люди и судьбы
Yubiley
Чи къагьриманар
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Müsahibə
Dünya ləzgiləri
Яран сувар
Diqqət: İnsan taleyi!
İnam və iman
Спасём планету
Qarabağ müharibəsi
Редакциядин дустар
Редактордин гаф
Дагъустан
Диктант
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
И чил хайи диге я
Жеч гьа!..
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Языки мира
Марагълу инсанар
Redaksiyaya məktub
Лезги чIалан месэлаяр
Известные лезгины
Новости Россотрудничества
Добрые вести
Квез чидани?
Юбилей
Лезгияр вирина
SOS!!!
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Чи хуьрер
Новости на все голоса
Известные кавказоведы
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Алимрин веревирдер
Чакай кхьенай ...
Чешне къачу!
Çıxışlarımızın əks-sədası
Ша, лезги чIалал рахан!
Эпитафия
Барка
Хабарар
Харусенят
Поэзия
Этнография
Тарихдин геле аваз
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Дайджест
Чи сейлибур
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ