AĞULLAR
Dağıstan xalqları  |  1(338) 2020      
   Bu azsaylı xalq tarixən Dağıstanda, Ağul dərə, Quşan dərə, Xupuq dərə və Keren dərə adlı dörd dərədə məskunlaşmışdır. Ağullar özlərini “ ağul şuy” və ya  “ağular” adlandırırlar.  Ləzgilər onlara “ağular”, tabasaranlar  “ruquşnar”, laklar  “ağal-quşaymi”, saxurlar “xıvınbar” deyirlər.
   Ağullar  Dağıstanın Ağul rayonunda, qismən Qurah, Tabasaran, Dərbənd , Qayakənd rayonlarında, Mahaçqala və Kaspiysk şəhərlərində, həmçinin Şamxal stansiyasında yaşayırlar. Onlar özlərini həm də yaşadıqları kəndlərin adları ilə adlandırırlar. Məsələn: xoreqlər, xutxullar, burkixanlar.
   Bir sıra tarixi mənbələrdə ağulların ilk məskəni kimi Ağul dərəsinin adı çəkilir. Sonradan xalq tədricən başqa yerlərə köçməyə başlayıb.
   VIII əsrin əvvəllərındə ərəb sərkərdəsi Maslama ibn Abdalmalikin Dağıstana hücumları zamanı ağullara zorla islam dinini qəbul etdirdiyi ehtimal olunur. O zamandan ağullar sünni təriqətinin şafii məzhəbinə etiqad etməyə başlayıblar. “Abumüslümün tarixi” xronikasında göstərildiyi kimi,  monqolların hücumlarına kimi Riça, Usuğ, Tpiq kəndlərində yaşayan ağullar  artıq islam dinini qəbul etmişdi. 
   Monqol-tatar hücumları zamanı ağulların qəhrəmancasına dö-yüşdüklərinə baxmayaraq, Teymurləngin qoşunlarının Riça, Tpiq, Xutxul kəndlərini yerlə yeksan etdiyi göstərilir. Bununla bağlı  yazılı mənbələrdən biri 1848-ci ildə N.B.Xanıkov tərəfindən aşkar olunmuşdur. XVIII əsrdə isə yerli əhali Nadir şahın qoşunlarının hücumuna məruz qalır. 
   Məşhur ləzgi ərəbşünası, tarix elmləri doktoru Amri Şixsaidov ağul kəndlərində üzərində X-XII əsrlərə aid kufi yazıları olan daş kitabələr aşkar etmişdir.
   XIX əsrin əvvəllərində ağullar Quşandərə, Qurahdərə və Ağuldərə kənd icmalarına daxil idilər. Onların arasında  şəxsi torpaqları və mal-qarası olmayan, yalnız kiçik mülklərə sahib olan azad kəndlilər çoxluq təşkil edirdi. 1812-ci ildə Küre xanlığı yaradılanda yuxarıda adları çəkilən kənd icmaları  xanlığın tərkibinə  qatıldı. 1859-cu ildə, Qafqaz müharibəsi bitəndən sonra ağullar Küre xanlığının tərkibində olsalar da, Qurahın naibi tərəfindən idarə olunurdular. Onların Burkixan və  Sirxi kəndləri isə Qazıqumux xanlığının tərkibinə daxil olur.
   Sıldırımlı keçidləri, dar dərələri ilə seçilən sərt iqlimli dağlıq ərazilərdə, əsasən Çıraqçay və Qurah çaylarının yuxarı axınına yaxın yerlərdə yığcam halda yaşayan bu xalq öz zəhmətkeşliyi və qoçaqlığı ilə tanınır. Ağulların özünəməxsus mədəniyyəti, adət-ənənələri  vardır. Ümumiyyətlə isə onlar etnik xüsusiyyətləri, məişəti, mədəniyyəti və adət-ənənələri ilə ləzgilərə və tabasaranlara çox yaxındırlar. Ağullar Dağıstanın ən beynəlmiləlçi xalqı hesab olunur. Onlar bir neçə dildə, o cümlədən ləzgi, tabasaran, dargi və lak dillərində də sərbəst danışırlar.
   Qədim dövrlərdən etibarən ağulların əsas məşğuliyyəti heyvandarlıq olub. Onlar qoyunçuluqla, qaramal saxlamaqla, həmçinin atçılıqla məşğul olublar. 
XIX əsrin əvvəllərindən başlayaraq, burada yerli əhali dağlıq ərazilərdə, olduqca çətin şəraitdə kiçik torpaq sahələrində böyük əziyyətlə buğda, arpa, çəltik becərməyə başlayır. Son vaxtlar yerli əhali qarğıdalı, kartof, kələm, yerkökü yetişdirməklə də məşğuldur. Bəzi ağul kəndlərində meyvə bağları salınır. Nisbətən aran sahələrdə üzümçülüyə diqqət yetirilir.
   Ağullar arasında dəmirçilik, ağac və daş üzərində oyma, dəri emalı, xalçaçılıq və toxuculuq sənətləri geniş yayılıb.
   Ənənəvi ağul evləri bir-birinə yaxın inşa olunur və 2-3 mərtəbədən ibarət olur. Tikinti materialı kimi daşdan istifadə olunur, damları isə bir qayda olaraq yastı formada torpaqdan olur. Birinci mərtəbədə pəncərələr əvəzinə işıq üçün nəfəsliklər qoyulur. Adətən burada tövlə yerləşir. 2 və 3-cü mərtəbələr yaşayış üçün nəzərdə tutulur. Ağulların mebeli alçaq stullardan, uzun kətil-divandan ibarət idi. İndiyə kimi ağullar yerdə, yumru döşəklərin üstündə oturub yemək yeməyə üstünlük verirlər. Evlərin iç divarlarında adətən dərin taxçalar olur, oraya qab-qacaq qoyulur, yorğan-döşək yerləşdirilir. Döşəməyə sumaqlar sərilir.
   Ocaq ağul evlərinin ən vacib atributu hesab olunur, o, otağın yuxarı hissəsində yerləşdirilir. Ağullardan ötrü ocaq firavanlıq və birlik rəmzidir. Qonaq otağı evin ən dəbdəbəli və varlı guşəsi hesab olunur. Evin ən gözəl xalça-palazı döşənmiş bu otaqda qonağın rahatlığı üçün hər cür şərait yaradılır. Onlar çörəyi eynən ləzgilər kimi, xhar (xьар) adlı ənənəvi peçdə bişirirlər.
   Ağullar son onilliklərə kimi böyük ailələr halında yaşamağa üstünlük verirdilər. 10,15,20 nəfərlik ailələr burada adi hal hesab olunurdu. Ailənin başçısı bir qayda olaraq ata, o vəfat edəndə isə böyük qardaş hesab olunub və o, ailənin digər üzvləri üzərində xüsusi  imtiyazlara malik olub.
   Əksər Dağıstan xalqlarında olduğu kimi, ağullarda da gənclər böyüklərin razılığı olmadan ailə qura bilməzdi. Xeyir məclisləri yalnız ailə başçılarının, ağsaqqalların razılığı ilə təşkil olunurdu. Lakin ağulların adətləri arasında demokratikliyi ilə seçilən bir adətdən ayrıca danışmağa dəyər. Əsrlərdən bəri ağul ailələri əmlak bölgüsündə övladlar arasında ögey-doğmalığa yol verməyib. Həmin bölgüdə yalnız oğlanlar deyil, qızlar da nəzərə alınıb. Hətta çoxdan ərə getmiş qızların payı da ayrılıb. Bu ənənə indiyə kimi davam edir.
   Ailə qurduqdan və onlara düşən əmlak paylarını aldıqdan sonra qardaşlar adətən bir-birinin qonşuluğunda yaşayıblar. Onlar “toxum” adlanır. Hər toxum  ayrıca torpaq sahəsinə, hətta otlağa malik olub. Varlı ailələr qoyun sürüləri, at ilxıları saxlayırdı. Bir qayda olaraq, toxumların hər biri ayrıca qəbiristanlığa da malik idi.
Əhalinin  siyahıyaalınmasına görə 2010-cu ildə Rusiya Federasiyasında 34,2 min ağul qeydə alınmışdır. Onlardan 28,1 min nəfəri Dağıstanda yaşayır (10 min nəfər Ağul rayonunun sakinidir). Ümumiyyətlə, dünyada ağulların sayı 35 min nəfərdir.
   1934-cü ildə Tpiq kəndi mərkəz olmaqla Ağul rayonu yaradılıb.
   Ağul dili nax-dağıstan dillərinin ləzgi dil qrupuna daxildir. Ağul dili ilə bağlı ilk və əhəmiyyətli tədqiqatlar Rusiyada hərbi xidmətdə olmuş iki alman aliminə – R.Erkertə və A.Dirrə məxsusdur. Alman etnoqrafı R.F.Erkert 1895-ci ildə  Venada alman dilində nəşr etdirdiyi özünün fundamental əsəri olan  “Qafqaz tayfalarının dilləri” kitabında 30 dil, o cümlədən nax-dağıstan (ləzgi) dilləri haqqında maraqlı məlumatlar  vermişdir.  Kitabda ağul dili ilə bağlı qeydlərə  də yer ayrılmışdır. Sonradan, 1907-ci ildə alman etnoqrafı və linqvisti A.M.Dirr rus dilində nəşr etdirdiyi “Ağul dili”  kitabında  (Bax. Сборник материалов для описания местностей и племён Кавказа. Вып. XXXVII. Тифлис, 1907)  ağul dilinin morfoloji xüsusiyyətlərindən söhbət açmışdır. Hər iki alim ağul dilində 2 dialektin – ağul və koşan dialektlərinin olduğunu qeyd etmişdir. 
1933-1934-cü illərdə SSRİ Elmlər Akademiyası “Dağıstan lingvistika ekspedisiyası” təşkil etmişdir. Ləzgi dillərini öyrənmək məqsədilə R.M.Şaumyan Dağıstana və Azərbaycana  ezam edilmişdir. Bir il həmin dillərlə bağlı əsaslı tədqiqatlar aparan alim eyni zamanda ağulların yaşadıqları bütün kəndlərdə olmuş, bu dili dərindən öyrənmişdir. R.M.Şaumyanın 1941-ci ildə nəşr olunmuş kitabı bu günə kimi bu sahədə ən mükəmməl tədqiqat əsəri sayılır. (Bax: Шаумян Р.М. Грамматический очерк агульского языка (с текстами и словарем). М-Л. 1941). O, ağul dilinin ağul, keren, koşan və qexkun (burkixan) kimi dörd dialektdən ibarət olduğunu qeyd etmişdir. Müasir tədqiqatçılar buraya bir kəndin istifadə etdiyi  fitin dialektini də əlavə edirlər. Bəzi dialektlər bir neçə ləhcəyə ayrılır. Məsələn, keren dialekti burşaq və xudiq ləhcələrindən, ağul dialekti tpiq və dulduq ləhcələrindən ibarətdir.
   A.A.Maqometov özünün “Ağul dili” kitabında (Bax.Магометов Ф.Ф. Агульский язык. Тбилиси. 1970) ağul dilinin fonetik və morfoloji xüsusiyyətlərindən söhbət açır. Ağul dilinin qrammatik xüsusiyyətlərinə tanınmış dilçi alimlərdən Y.A.Bokarevin, B.K.Gigineyşvilinin, B.B.Talibovun və M.Y.Alekseyevin tədqiqatlarında da geniş yer ayrılmışdır. Ağul dili ilə bağlı maraqlı axtarışlar aparanlardan biri də N.D.Süleymanovdur. O, Dağıstan, Gürcüstan və Adıgey elmi nəşrlərində bu mövzu ilə əlaqədar dərc etdirdiyi onlarca məqalənin müəllifidir.
   Ağullar arasında ləzgi dili geniş yayılmışdır, əhali bu dildə sərbəst danışır. Bu da təsadüfi deyildir, çünki 1920-ci ildən 1952-ci ilə kimi ağulların yaşadıqları yerlərdəki məktəblərdə dərslər ləzgi dilində tədris olunurdu. 1952-ci ildən etibarən isə tədris rus dilində aparılır. Son vaxtlara kimi ağul dili yazısız dillərdən hesab olunurdu. 1990-cı ildə Ş.Mazanov, İ.Mazanov və S.Həsənova tərəfindən ilk dəfə ağul əlifbası yaradılıb. 1992-ci ildən məktəblərdə ana dili kimi ağul dilinin tədrisinə başlanıb. O vaxtdan Ağul rayonunda  rus və ağul dillərində “Ağul xəbərləri” (“Агъуларин хабарар”) qəzeti nəşr olunur.
   Son illər ərzində bu dil ilə bağlı bir-birindən maraqlı elmi nəşrlər işıq üzü görmüşdür. Onların arasında “Ağul dilinin frazeoloji lüğəti”, “Ağulca-rusca lüğət”, “Rusca-ağulca lüğət”  də vardır. Hazırda ağul dili Dağıstanda Dövlət Universitetində, Pedaqoji İnstitutda və  pedaqoji kollecdə öyrənilir.
 
Sədaqət KƏRİMOVA

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я АГАЛКЬУНРИН РЕКЬЕ ВИ ТIВАР ВУЧ Я? ВИРИНИЗ СЕЙЛИ ТИР КТАБАР КIАНЗАВА
Статьи из этой рубрики
Udilər Ləzgilər Buduqlar Xınalıqlılar Ceklər
ЦIИЙИ ТИЛИТ
№: 3(348)
апрель, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Tarixin izi ilə
Qarabağ müharibəsi
Яран сувар
Yubiley
Люди и судьбы
Диктант
Дагъустан
Редактордин гаф
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
Жеч гьа!..
И чил хайи диге я
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Добрые вести
Лезги чIалан месэлаяр
Марагълу инсанар
Новости Россотрудничества
Redaksiyaya məktub
Известные лезгины
Языки мира
Квез чидани?
Лезгияр вирина
SOS!!!
Юбилей
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Чи адетар
Мораль
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Известные кавказоведы
Çıxışlarımızın əks-sədası
Алимрин веревирдер
Чешне къачу!
Чакай кхьенай ...
Эпитафия
Барка
Ша, лезги чIалал рахан!
Хабарар
Харусенят
Этнография
Тарихдин геле аваз
Поэзия
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ