Dünya evimiz
Редактордин гаф  |  4(341) 2020      
   Artıq neçə aydır ki, dünya evimizdə sahman, rahatlıq pozulub. İnsanlar virusun yer üzünə gətirdiyi bəlalarla üz-üzə qalıblar. Dünyanın elə bir nöqtəsi yoxdur ki, koronavirus oraya ayaq açmasın. Onun yayılmaması üçün ölkələr öz sərhədlərini bağlayıb, amma virus meqapolislərdən tutmuş kiçik kəndlərə kimi hər yana yol tapıb. Sanki insanlara anladır ki, eviniz – dünyadır. Onun bir tərəfində bədbəxtlik varsa, o biri tərəfində xoşbəxtlik ola bilməz.
   Uzun, darıxdırıcı, bezdirici karantin günləri, həftələri, ayları bizə məlum həqiqəti bir daha anlatdı! İnsan ancaq öz kiçik, qapalı  dünyasında xoşbəxt ola bilməz! Səadət üçün ailə, qohum-əqraba, bir neçə dost kifayət etmir. Boşalmış küçələr, səs-səmirsiz günlər bizə ülfətin, geniş ünsiyyətin insan üçün nə qədər vacib olduğunu bir daha xatırlatdı. Təcrid olunmaq mənəvi kasıblığa, insani dəyərlərin itməsinə rəvac verir. İnsan yalnız cəmiyyətdə, yaxın, uzaq fərdlərin arasında özünü reallaşdıra bilər. Uca hasarlar arxasında, daş evlərin divarları arasında min cür naz-nemət içində olanlar da cəmiyyətsiz dünya həzzini duya bilməzlər. Deməli, dünya hamımızın, hər kəsin varlığı, sevinci, arzuları ilə gözəldir. 
   Bu karantin günlərində hər birimiz ülfət, mehribanlıq, xoş  münasibətlər, maraqlı söhbətlər  üçün çox darıxmışıq. Görüşdüyümüz, hal-əhval tutduğumuz hər insan bizə doğma görünür. Karantin hamımızı bərabərləşdirib. Covid-19 vəzifə, yaş, var-dövlət fərqlərini tanımır. O, sanki  hər birimizi ayrı-ayrılıqda silkələyir, dünya qarşısında borclarımızı yadımıza salır. Nədən ibarətdir bu borclar?
   Covid-19 dünyaya, Yer kürəsinə, bəşəriyyətə xəbərdarlıqdır. Təbiət etdikləri nadanlıqlara görə insanları cəzalandırmaq qərarına gəlib. Bu pandemiya təbiətlə insafsızcasına, qəddarlıqla davranmağımızın nəticəsidir. Biz ondan həmişə almışıq, əvəzində isə heç nə qaytarmamışıq. Meşələri qırıb talamaq, gölləri qurudub yerində istirahət məkanları yaratmaq, çayların məcrasını dəyişmək bəziləri üçün həyat normasına çevrilib. Covid-19 insan nəfsinin, onun varlanmaq hərisliyinin nəticəsidir. Varlanmaq naminə təbiətə qarşı amansızlıqlar edən, onu tamahkarlıqla talayan  bu insanlar əvəzində təbiətə nə verirlər? İstehsalat tullantıları, çirkli sular, eroziyaya uğramış on minlərlə hektar sahələr. Yeri, göyü nə qədər çirkləndirmək olar?
   Bu çirk mənəviyyatımıza da hopub. İnsanların əksəriyyəti üçün təmizlik məfhumu öz evinin içinin səliqəsinə nail olmaqdan ibarətdir. Halbuki evinin ətrafında, yaşadığı kənddə, qəsəbədə də təmizlik, yaşıllıq, gözəllik yaratmaq bəşər övladının borcudur. Heyf ki, milyonlarla insan bu adi həqiqəti dərk etmək istəmir. 
   Bu çətin sınaq dövründə öz-özümüzə sual verməliyik: Dünyamızı qorumaq üçün  nə etməliyik? Heç olmasa suyu qənaətlə işlədirikmi? Su kranlarını bağlamağın vacibliyini özümüzə təlqin etmişikmi? Zibili eyvandan küçəyə, səkiyə atmağın nadanlıq olduğunu ailə üzvlərimizə anladırıqmı? Təbiət qoynunda dincələndən sonra tullantılarımızı yığmağın vacibliyini başa düşürükmü? Ömrümüz boyu heç olmasa bircə ağac, bircə kol əkmişikmi? Əslində adi görünən bu məişət məsələlərinin böyüyüb qlobal problemlərə çevrildiyini hər birimiz əyani görür və onun ağrısını çəkirik.
   Bu pandemiya bizə daha bir şeyi anlatdı: dünyada heç nə əbədi deyil və öz-özünə yaranmır. Qırılan meşə, quruyan göl yalnız möcüzə nəticəsində bərpa oluna bilər. Onların məhvi isə ekoloji fəlakətlərin bünövrəsini qoyur. Koronavirus insanlara ciddi mesajdır. O, hər kəsin qapısını döyə bilər. Ona görə də təbiət və cəmiyyət qarşısında borclarımızı ödəmək yolunda ilk addımlar atmalıyıq. 
   Dönüb ətrafımıza nəzər salaq. Hər gün, hər yerdə nə qədər haqsızlıqlarla üzləşirik. Parklarımızda 50-100 illik ağaclar susuzluqdan quruyur. Bakıda elə bağlar var ki, illərlə sulanmır. Bu işə cavabdeh onlarca insan susuzluqdan məhv etdikləri ağaclara görə dövlətdən əmək haqqı alır. Biz bunu görməzliyə vurub keçirik. Şəhərimizin əksər xiyabanları, yol kənarlarındakı otlar 35-40 dərəcə istidə, gündüz vaxtı sulanır. Çoxmərtəbəli evlərin susuzluqdan əziyyət çəkən sakinləri şırhaşırla axan suya baxıb köks ötürürlər. Çalışdığımız müəssisələrdə bəzən günlərlə su kranlarının açıq qalmasının şahidi olmamışıqmı? Çoxlarının onların yanından etinasızlıqla keçib getdiyini görəndə, bu etinasızlığa, “məndən ötsün, qonşuma dəysin” psixologiyasına öyrəşəndə dünyamızın halına niyə yanmamışıq? 
   Bəlkə hələ gec deyil? Bəlkə hərə özündən başlasın? Bir quruyan ağacı sulayaq! Bir bulağı təmir edək! Bir gül əkək! Bir yolu təmizləyək! 
Sədaqət KƏRİMOVA

 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Хъимил Чавай къакъатна Лезги баде сейли хьанва Шаирар рекьидач
Статьи из этой рубрики
Жегьилрин меркез Пара жезва Карчийри куьмек гуда Чешне яз къалурна ЧIехи хьанва
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ