Хъсан хабарар | 4(341) 2020


Azərbaycan Respublikasının Əməkdar həkimi, Qusar rayon Samur qəsəbə ASM müdiri Nəriman Qədim oğlu Osmanovu nəinki qəsəbənin və ətrafdakı kəndlərin sakinləri, eyni zamanda bu ərazidə xidmət edən Samur sərhəd xidmətinin əməkdaşları da yaxşı tanıyırlar. Onun pasientlərə diqqət və qayğısı, peşəkar müalicəsi haqqında insanlar minnətdarlıq hissi ilə danışırlar. Təsadüfi deyil ki, “Sərhəd mühafizəsinin 100 illiyi” yubiley medalı ilə təltif olunanlar arasında Nəriman Osmanov da var idi. Medalı ona Dövlət Sərhəd Xidmətinin rəisi polkovnik-leytenant Elçin Quliyevin adından Samur buraxılış məntəqəsinin rəisi Mirzə Mirzəyev təqdim etmişdir.
"SAMUR"

Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий