Azərbaycan tarixçiləri ləzgilər və ləzgi dili haqqında
Tarixin izi ilə  |  8(345) 2020      
    ...Strabonun sözlərinə görə, ağvanlılar (albanlar) “gözəl, boylu, sadə, qoyunçuluğa və köçəri həyatına mail, vəhşilikdən uzaq, ona görə də açıqürəkli, hiyləgər olmayan bir millətdir. Onlar rabitədə (əlaqədə) olmadıqları üçün 26 müxtəlif şivələrdə danışırlar və o qədər də qəbilələrə təqsim olunurlar...” Bu sözlərə istinadən demək olur ki, ağvanlılar Dağıstanın indiki halda olan millətlərinin babalarıdır. Həqiqətən bu kimi müxtəlif lisanları, bədənləri, mənəvi xassələri və təbii dərəceyi-fikriyyələriylə istisna olunan yalnız dağıstanlılardır. Bu ehtimalı qüvvətləndirən ləzgi tayfalarının dildən-dilə danışdıqları əfsanələrdir. O əfsanələrdə deyilir ki, onların babaları uzun müddət bundan qabaq ...Şirvanda oturmuşdular, yəni Ağvanda və onun şimalında.
    Son zamanlarda xəzərlər tərəfindən və digər türk tayfaları və iranlılar (farslar) tərəfindən sıxışdırılıb Qafqaziya dağlarına, yəni indiki Dağıstana çəkildilər. Ləzgi tayfaları burada müxtəlif millətlərin uzun müddət hakimiyyət sürmələrinə baxmayaraq, öz dillərini və əski xassələrini mühafizə edə bilmişdilər. 
    Təbiətin şəraiti mövcibincə, Qafqaziya dağlarında daimi surətdə mütəfərriq halda bulunmağın nəticəsi bu oldu ki, ləzgilər müxtəlif dillərdə danışan çox tayfalara ayrıldılar.
    ... Quba, Şamaxı və Zaqatala qəzalarının dağlıq-şimal hissələri əhalisinin bir qismi türkləşmiş ləzgilərdən ibarətdir. Bunları da simalarından və işlətməkdə olduqları ləzgi sözlərindən anlamaq olur.
Məhəmmədhəsən Vəlili.
Azərbaycan (coğrafi-təbii, etnoqrafik və iqtisadi mülahizat).
Bakı, 1993. Səh.27; səh.55.
 
    Leqlər Cənubi Dağıstan ərazisində və Samur çayından cənubda yaşamışlar. M.İxilova görə leqlər antik dövrdə də indi yaşadıqları ərazilərin – Qudyal və Samur çayı vadilərinin sakinləri idilər. Alban dövründə onlar “leki” kimi ümumi etnik ada və vahid ləzgi dilinə malik xalq kimi tanınırdı. Leqlərin böyük əksəriyyəti Samur  çayı hövzəsində yaşayırdı. Şimalda leqlərin əraziləri Samur dağları da daxil olmaqla indiki Dərbəndə qədər Sarmatiyayadək uzanırdı. Cənubda leqlər Samur çayından cənubda Böyük Qafqazın yamaclarında yerləşirdilər.
 
Kamal Əliyev. Antik Qafqaz Albaniyası 
(rus dilində).
Bakı, 1992. Səh.57-58.
 
***
 
    ...Eramızdan əvvəl III minillikdə ümumdağıstan kök dili mövcud idi. Kök dilin parçalanması nəticəsində nax və ləzgi dil qrupları yaranmışdı. Ləzgi dil qrupuna arçi, ləzgi, ağul, tabasaran, saxur, rutul, qrız, buduq, xınalıq, udin dilləri daxildir.
    Ləzgi dil qrupu (erkən ləzgi dili) ... eramızdan əvvəl I minillikdə formalaşmışdı. Bundan sonra ləzgi dillərində parçalanma baş vermişdir. Yəqin ki, ləzgi dillərinin bölünməsi I minilliyə təsadüf edir. Qaynaqlarda artıq bu dövrdə və erkən orta əsrlərdə Koysu-Samur çayları hövzəsi və Dərbənd bölgəsində ləzgi etnoslarına mənsub tayfalar yad edilir. Bunlar ud (udi-udin), qel, leq, lpin,çilb//silb, çikb və s. ləzgi tayfaları idi.
   Bir ehtimala görə, ümumləzgi kök dilindən əvvəlcə xınalıq dili, sonra arçi və udin dilləri, daha sonra isə buduq, qrız, rutul və saxur dilləri təcrid olunmuşdur. Ləzgi, tabasaran və ağul dillərinin kök dildən ayrılmasını sonrakı dövrlərə aid edirlər.
 
Y.B.Yusifov, tarix elmləri doktoru,professor.
(Məxəz: “Azərbaycan tarixi”, Bakı, 1994. səh.222)
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Къарабагъ азад хьана! Кьил кьазвачир рехнеяр РикIел хкана «Суваб» кардик ква ЦIийи рагъ
Статьи из этой рубрики
Qusar nahiyəsi 1915-1919-cu illərdə Ləzgi qaçaqları yaxud onları qaralayanlara cavab Ləzgi qaçaqları yaxud onları qaralayanlara cavab Ləzgi qaçaqları yaxud onları qaralayanlara cavab Ləzgi qaçaqları yaxud onları qaralayanlara cavab
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ