Necə başa düşək?
Qayğıkeşlik, yoxsa gözdən pərdə asmaq? SOS!!!  |  2(347) 2021      
    Dünya təhsil sistemində bir çox yeni təhsil proqramlarının işlənib hazırlanması mütərəqqi haldır və bu, ayrı-ayrı ölkələrə seçim imkanı verir. Belə proqramlar eyni zamanda inteqrativ təhsilin, inklüziv təhsilin və evdə təhsilin təkmilləşməsinə də şərait yaradır. Əvvəllər respublikamızda inteqrativ təhsil əsasən Bakı şəhərindəki məktəblərdə tətbiq edilirdisə, indi Azərbaycan Respublikasının Təhsil Nazirliyi onu daha geniş miqyasda tətbiq etməyi qərara alıb. Bununla əlaqədar layihələr hazırlanır, müsabiqələr keçirilir.
    “Lezgi İnT” feysbuk səhifəsindəki bir layihə diqqətimizi cəlb etdi: “Ləzgi dilinin öyrənildiyi məktəblərdə inteqrativ təhsil (İnT)”. Onun rəhbəri pedaqogika üzrə fəlsəfə doktoru Həsənbala Məmmədovdur. Layihənin adında eyni ifadənin gah “ləzgi dilinin öyrənildiyi”, gah da “ləzgi dilinin öyrədildiyi” kimi verilməsinə, onun mətninin qəlizliyinə baxmayaraq, layihənin məqsədini və əhəmiyyətini anlamağa çalışdıq.
    Qeyd edək ki, inteqrativ təhsil əlilliyi olan uşaqlara aiddir. Onların ümumtəhsil məktəblərinə getməsinə icazə verilsə də, sağlam həmyaşıdları ilə eyni sinifdə deyil, ayrıca sinif otaqlarında, ayrıca müəllimlərlə məşğul olmaları nəzərdə tutulur. Belə çıxır ki, ləzgi dilinin tədris edildiyi ümumtəhsil məktəblərində çoxlu əlil uşaq var və ona görə də belə təhsil proqramına ehtiyac yaranıb. Ləzgi kəndlərində əlil şagirdlər o qədər çoxdur ki? 
    Ümumtəhsil məktəblərində ləzgi dili dərsliklərinin və ixtisaslı kadrların çatışmadığına, uzun illər nazirliyə bu problemlə bağlı müraciətlər edilməsinə baxmayaraq, son 43 ildə cəmi 2 dərsliyin çap edildiyi, onların da son dərəcə qüsurlu olduğu hamıya məlumdur. Həmin problemi həll etməyənlərin indi əlil uşaqlar üçün ayrıca dərsliklər çap edəcəyi, onlara ayrıca sinif otaqları və müəllimlər ayıracağı nə dərəcədə inandırıcıdır? Görəsən, layihə rəhbəri özü bunun mümkünlüyünə inanırmı? Bu, qayğıkeşlikdir, yoxsa gözdən pərdə asmaq?
    Yeri gəlmişkən adı çəkilən layihənin rəhbərinin nəzərinə çatdıraq ki, ümumiyyətlə, dünya təhsil sistemində sağlamlıq imkanları məhdud olan uşaqların ayrıca, xüsusi təhsil almaları vacib hesab olunmur. Çünki bu cür yanaşma uşaqların cəmiyyətə adaptasiyasına mənfi təsir göstərir, sosial ayrı-seçkilik yaradır. Ona görə də “İnklüziv təhsil” proqramı hazırlanıb. Bu proqramda əlil uşaqların öz sağlam həmyaşıdları ilə birlikdə eyni sinifdə təhsil alması nəzərdə tutulur. Belə yanaşma hər iki qisim uşaqların bərabər təhsil alma hüquqlarını təmin edir, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların layiqincə təhsil almalarına şərait yaradır. 
    Layihə rəhbəri Həsənbala Məmmədov ikinci elanda bildirir: “Müsabiqə komissiyası müsabiqəyə yekun vurmuşdur. Ləzgi dili dərslik dəstlərinin müəllifliyinə müəyyən olunmuş tələbləri ödəyən 11 işdən 2-sinin müəllifləri ilə layihə rəhbəri arasında müqavilə bağlanmış, layihənin icra planına uyğun fəaliyyətlərin yol xəritəsi müəyyən edilmişdir”. Müsabiqədə qalib gələnlər kimlərdir? Niyə ictimaiyyət bundan xəbərsizdir? Əgər təsadüfi adamlardırsa, kim zəmanət verə bilər ki, 2017-ci ildə işıq üzü görmüş “Лезги чIал 3” (“Ləzgi dili 3”) metodika kitabının müəllifləri kimi qüsurlu, dili aşağılayan dərsliklər ərsəyə gətirməyəcəklər? Axı ləzgi dili dərsliklərinin yazılması dilçi alimlərə, dili mükəmməl bilən və müəyyən təcrübəyə malik peşəkarlara həvalə olunmalıdır.
    Həsənbala Məmmədov ikinci elanın sonunda yazır: “Hər kəsi layihənin icrasına dəvət edirəm. Siz dərsliklərdə, internet portalında yerləşdirilmək üçün kurikulumda təqdim olunmuş mövzularda dərs nümunələrini, onlara aid audio-videoçarxları və s. resursları, o cümlədən əlifbanın, leksikanın təkmilləşdirilməsi üçün təkliflərinizi hasanbalamamedov@gmail.com ünvanına göndərə bilərsiniz”.
    Əlifbanın və leksikanın təkmilləşdirilməsi dedikdə layihə rəhbəri nəyi nəzərdə tutur? Görünür o, dilçilik elminə bir o qədər də bələd deyil. Bələd olsaydı bilərdi ki, əlifbanın təkmilləşdirilməsi həvəskarların işi deyil. Hər hansı əlifbanın təkmilləşdirilməsinin elmi cəhətdən tam və uğurla həll olunmasından ötrü həmin dilin fonetikası, morfologiyası, sintaksisi və leksikası daha dərindən və geniş tədqiq edilməlidir.
    Leksikaya gəldikdə isə, onu təkmilləşdirmirlər, zənginləşdirirlər. Leksika dildə işlədilən sözlərin məcmusudur, yəni lüğət fondudur. Leksika ilk növbədə dilin daxili imkanları hesabına, həm də yeni sözlər yaradılmaqla zənginləşdirilir. Bu məsələdə alınma sözlər də müəyyən rol oynayır.
    Bu cür layihələri həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyi öncə ləzgi dili tədris olunan ümumtəhsil məktəblərində oxuyan sağlam uşaqların milli dildə dərsliklərlə təmin edilməsi, həmin məktəblərdən ötrü ixtisaslı ləzgi dili müəllimlərinin hazırlanması qayğısına qalmalıdır. Bu məsələyə laqeydlik göstərməməlidir.
    2019-cu ilin yanvarında təhsil nazirinin müavini və şöbə müdirləri ilə görüşümüz zamanı bizə vəd edilmişdi ki, dərslik məsələsi tezliklə həll olunacaq. Lakin, verilmiş vəd hələ də yerinə yetirilməyib. Ümid edirik ki, yeni təhsil naziri Emin Əmrullayev bu problemə peşəkarcasına yanaşacaq, qeyd olunan qüsurların aradan qaldırılması üçün konkret işlər görəcək. Ləzgi dili dərsliklərinin hazırlanmasına peşəkarlar kömək göstərə bilər.
 
İmran Rzayev,
“Samur” Ləzgi Milli Mərkəzi İctimai 
Birliyi idarə heyətinin sədri
 
Sədaqət Kərimova,
“Samur” qəzetinin baş redaktoru
 
Müzəffər Məlikməmmədov, 
qəzetin redaktor müavini 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Яран сувар Пример самоотверженности Иервал туькIуьрзава Кьулан вацIук сел кумай кьван... Яран сувар, жуван сувар
Статьи из этой рубрики
Əks nümunə Мад са телеканал Niyə əbədiləşdirilmir? Буьркьуьдаз экв кIанзава Öncə mənəviyyat
ЦIИЙИ ТИЛИТ
№: 3(348)
апрель, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Tarixin izi ilə
Qarabağ müharibəsi
Яран сувар
Yubiley
Люди и судьбы
Диктант
Дагъустан
Редактордин гаф
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
Жеч гьа!..
И чил хайи диге я
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Добрые вести
Лезги чIалан месэлаяр
Марагълу инсанар
Новости Россотрудничества
Redaksiyaya məktub
Известные лезгины
Языки мира
Квез чидани?
Лезгияр вирина
SOS!!!
Юбилей
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Чи адетар
Мораль
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Известные кавказоведы
Çıxışlarımızın əks-sədası
Алимрин веревирдер
Чешне къачу!
Чакай кхьенай ...
Эпитафия
Барка
Ша, лезги чIалал рахан!
Хабарар
Харусенят
Этнография
Тарихдин геле аваз
Поэзия
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ