Tariximizə daha bir nəzər
Yaxud orta əsrlərin açılmamış düyünləri Tarixin izi ilə  |  2(347) 2021      
     Son vaxtlar ləzgilərin tarixinin bəzi məqamları ilə bağlı yürüdülən əsassız mülahizələr narahatlıq doğurur. Söhbət orta əsrlərdə baş vermiş hadisələrə həsr olunmuş “Əbu Müslimin tarixi” kitabından, Əbu Müslimin şəxsiyyətindən, qədim Axtının adından və ərəblərin VIII əsrdə ləzgilərin ölkəsinə bəzi hərbi yürüşlərindən gedir. 
Əvvəlcə ləzgilərin təxminən bir əsrlik tarixini əhatə edən, ərəbcə qələmə alınmış “Əbu Müslimin tarixi” kitabı haqqında. İlk dəfə N.V.Xanıkov vu əsərin ərəb mətnini və fransızca tərcüməsini “Aziatskiy jurnal”da dərc etdirib. Əsərin başlığı olmadığına görə sonralar ona “Əbu Müslimin tarixi” adı verilib. Jurnaldakı mətni 1957-ci ildə ləzgi tarixçisi, Sovet dövrünün tanınmış ərəbşünaslarından olan Amri Şixsaidov üzə çıxarıb. Sonralar o, səkkiz siyahıda qeydə alınmış əsərin ən dolğunu sayılan A variantını ərəbcədən rus dilinə tərcümə edib.
    B siyahısındakı variant 1622-ci ildə Dağıstanın Qurah rayonunun Gelxen kəndində Şeyx Əhmədin şərəfinə tikilmiş mavzoleydən tapılıb. Bu, əsərin 1740-cı ildə üzü köçürülmüş variantıdır. Bəzi cüzi fərqlərə baxmayaraq, əsərin Dağıstan Tarix, Dil və Ədəbiyyat Elmi-Tədqiqat İnstitutunun əlyazmaları fondunda saxlanan bütün variantları-nın mətnləri demək olar ki, eynidir.
    Əsər bir neçə mövzunu əhatə edir: 
1) Əbu Müslim və onun nəsli haqqında məlumat; 2) Mərvan ibn Məhəmmədə qarşı döyüşlər; 3) Əbu Müslimin Şirvana və ləzgilərin ölkəsi olan al-Lakza hərbi yürüşləri; 4) Ləzgilərin Axtı şəhəri, həmçinin Kele Küre, Riça, Maka, Usuq, Migrağ, Gelxen və başqa iri yaşayış məntəqələri ilə bağlı hadisələr; 5) Əbu Müslimin bacısının, oğlanlarının və nəvələrinin ləzgi şəhər və kəndlərində yerləşdirilməsi.
    Ayrı-ayrı dövrlərdə əsərə bəzi yeni mətnlər əlavə olunub. Bu isə kitabın nə vaxt yazıldığını müəyyənləşdirməkdə bir qədər çətinlik törədir. Bəzi tarixçilər əsərin X əsrdə qələmə alındığını iddia etsələr də, bu, həqiqətə uyğun deyildir. A.E.Kriştopa haqlı olaraq əsərin gec qələmə alındığını qeyd edir. O yazır: “... Əbu Müslimin oğlu sultan İbrahim, sonralar Şirvanın naibi, valisi adlandırılan, ilk şirvanşah olan I İbrahim Dərbəndi (1382-1417) idi. Odur ki, “Əbu Müslimin tarixi” onun hökmranlıq etdiyi dövrdən əvvəl yazıla bilməzdi. Həm bu, həm də Dərbəndilər sülaləsinin süquta uğraması (1538), Şirvanın müstəqilliyini itirməsi və digər hadisələr belə deməyə əsas verir ki, əsərin son redaksiyası XVI əsrin ikinci yarısına təsadüf edir”. (Криштопа А.Е. К вопросу о письменных источниках по периоду феодализма в Дагестане. –ВИЭД. 1976, вып. 7, с. 150-151). Müəllifin fikrincə, “Əbu Müslimin tarixi” bir neçə əsr əvvəl baş vermiş, lakin gec qələmə alınmış mühüm tarixi hadisələrdən ibarətdir.
    V.F.Minorski “Əbu Müslimin tarixi”ni psevdo “Dərbəndnamə” adlandıraraq yazır: “Zənnimcə, Xanıkovun psevdo “Dər-bəndnamə”si “Axtınamə”dən çıxarışlardan ibarətdir”. (Минорский В.Ф. История Ширвана и Дербенда Х-ХI вв. М., 1963, с. 25).
    Amri Şixsaidovun yazdığına görə, əsərdə verilmiş hadisələr bəzi tarixçilərin qeyd etdikləri kimi, X əsrə deyil, əsasən VIII əsrə aiddir və sonradan əlavə olunmuş bəzi mətnlər daha sonrakı dövrləri əhatə edir. (Bax: Шихсаидов А.Р. Очерки истории, источниковедения, археографии сред-невекового Дагестана. Махачкала, 2008, с. 268-269). Bu fikir Əbu Müslimin şəxsiyyəti araşdırılanda da təsdiqlənir.
    Əbu Müslim kimdir? Əməvilər sülaləsinin devrilməsində və 750-ci ildə Abbasilərin hakimiyyətə gəlməsində mühüm rol oyna-mış Əbu Müslim kimi təqdim olunan şəxs əslində ləzgilərin ölkəsində olmayıb. Çünki tarixdə belə bir ərəb sərkərdəsi mövcud deyil. Nədənsə orta əsrlərin bəzi ərəb müəllifləri İraqın və Xorasanın hökmdarı olmuş sərkərdə Məsləmə ibn Əbd ül-Maliki Əbu Müslim adlandırmışlar. Bir neçə dəfə ləzgilərə qarşı hərbi yürüşlər etmiş bu adam yerli əhali arasında da Əbu Müslim kimi tanınmış və onunla bağlı tarix kitabına belə ad verilmişdir.
    Əsərdən məlum olduğu kimi, Əbu Müslim gənclik çağına yetəndə anasından soruşur: “Ey ana! Mənim atam olubmu?” Anası cavab verib deyir: “Olub. Amma o, Hüseyn ibn Əli ibn Əbu Talibin uğrunda Mərvana qarşı vuruşarkən həlak olub.” Gənc yenə anasından soruşur: “Ey ana! Atamın Mərv Şah-cahan şəhərində dostları var idimi?” Anası cavab verir: “Bəli, oğlum, var idi. Onlardan Xurdak-ahangar adlı bir nəfər dəmirçi işləyirdi.”
    Əbu Müslim həmin şəhərə gəlib dəmirçini tapır. Dəmirçi baş vermiş hadisələri olduğu kimi ona danışır. Bundan sonra o, döyüş silahı kimi iyirmi man (ləzgilərin bir manı üç kiloqrama bərabərdir) ağırlığında təbərzin (döyüş baltası) düzəldərək Əbu Müslimə bağışlayır. 300 əmirə rəhbərlik edən Əbu Müslim 18 il Mərvan ibn Məhəmmədlə döyüşür və Dəməşqdə onu öldürərək, qalib gəlir. Bu qələbədən ruhlanaraq o, islam dinini qəbul etdirmək üçün Qafqaz ölkələri üzərinə hücuma keçir. Şirvan əmirləri ilə döyüşlərdə qalib gələrək, bu vilayəti özünə tabe etdirir. (Bax: Минорский В.Ф. История Ширвана и Дербенда Х-ХI вв. М., 1963, с. 34).
    Bundan sonra ləzgilərə qarşı hər-bi yürüşə çıxan ərəb sərkərdəsi güclü müqavimətə rast gəlir. O, ləzgilərlə 7 il döyüşür və çoxlu canlı qüvvə itirir. Ona görə də yenidən güc toplamaq, xilafətdən əlavə qoşun alıb hücuma keçmək üçün Şalburuz (Şalbuz) dağının ətəyində hərbi düşərgə yaradır və bütün qışı burada keçirir. (Bax: Шихсаидов А.Р. Очерки истории, источниковедения, археографии средневекового Дагестана. Махачкала, 2008, с. 271).
    Yayda Əbu Müslim ləzgilərin Bab al kist (Riça) vilayəti üzərinə hücuma keçir. Döyüşlər bir neçə ay davam edir. Ağır itkilərə məruz qalan ərəblər qışda Bab al-abvabı (Dərbəndi) ələ keçirmək istəyirlər. Lakin yenə ləzgi qoşunları ilə üz-üzə gəlirlər. Ona görə də Əbu Müslim Dərbəndi qısa müddətdə tuta bilmir və əsərdə də bu barədə heç bir məlumat verilmir. Lakin ərəb tarixçisi Əbu-l-Abbas Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazurinin yazdığına görə ağır döyüşlərdən sonra bir müddət qalanı mühasirədə saxlayan Əbu Müslim (Məsləmə) nəhayət, onu tutur və xilafətin dayağı etməkdən ötrü buraya 24 min suriyalını köçürərək, Dərbəndi ərəb şəhərinə çevirir. 
    “Dərbəndnamə”də göstərildiyi kimi, ərəb sərkərdəsi Dərbəndi ələ keçirdikdən sonra Qumuq və Qaytaq vilayətlərinə hücum edir. Güclü müqavimətə rast gəlsə də, həmin yerləri ələ keçirir. Tabasaran vilayətində döyüşlər zamanı çoxlu itki verir, lakin buranı da tutur. Qəddar sərkərdə islamı qəbul etməyənlərin hamısını qılıncdan keçirir, onların əmlakını əsgərləri arasında bölüşdürür. (Bax: Саидов М.С., Шихсаидов А.Р. «Дербенднаме» – В кн.: Восточные источники о Дагестане. Махачкала, 1980, с. 36-37).
    Əbu Müslim daha güclü rəqib saydığı ləzgilərə qarşı bir qədər fərqli siyasət yeridir və onların ölkəsi olan Lakzla sülh müqaviləsi bağlayır. O, hətta döyüşkən ləzgilərlə qohumluq əlaqələri yaratmağa çalışır və bir sıra ləzgi kəndlərində quruculuq işlərinə kömək göstərir. Kele Küre, Riça, Maqa kimi iri yaşayış məntəqələrində, həmçinin Axtı şəhərində böyük məscidlər tikdirir. Sonralar onun oğlanları Usuq, Migrağ, Gelxen kəndlərində belə məscidlər inşa etdirir. 
    “Əbu Müslimin tarixi”ndə mübahisə doğuran bəzi məsələlər də var. Məsələn, əsərdə Əbu Müslimin ərəblərin qüreyş tayfasından olduğu göstərilir. Əslində isə o, milliyyətcə fars idi. Adı Abdarrahman ibn Müslim olan bu adam farsların arasında çox məşhurlaşmışdı. Onun atası şiə məzhəbinə qulluq edirdi. (Bax: Бартольд В.В. Сочинения. Т. 7. М., 1971, с. 479-480).
    Mübahisəli məsələlərdən digəri Axtının adı ilə bağlıdır. Əsərdə göstərilir ki, Əbu Müslim Kele Küredə məscid tikdirib oğlu Mixtar Sancabı oraya təyin etdikdən sonra bacısını və onun ərini müalicəvi isti sularla zəngin olan Axtıya gətirir. Kitabda şəhərin adı Axti kimi yazılıb və bu sözün mənasının ərəbcə “mənim bacım” olduğu göstərilir. Xəstə bacısı dünyasını dəyişəndə Əbu Müslim onu buranın məscidində basdırır. Beləliklə, guya şəhərin adı ərəbcə “axti” sözü ilə bağlıdır. 
    Əvvələn onu deyək ki, ərəbcə “axti” yox “uxti” “mənim bacım” deməkdir. Qrafika baxımından “Axtı” və “uxti” sözlərində müəyyən oxşarlıq olsa da, toponimin etimologiyasını belə izah etmək düzgün deyildir. Şəhərin adının ərəb sözü ilə heç bir əlaqəsi yoxdur. Əvvələn, ona görə ki, ərəblər Qafqaza gələnədək Axtı mövcud idi.
İkincisi, “Əbu Müslimin tarixi” X əsrdə yazılmış “Axtınamə”dən bir neçə əsr sonra qələmə alınıb. Üçüncüsü, Axtıya qədər şəhərin ləzgicə ТIури və Яргъикар kimi adları olub. Şəhərin indiki adı da xalis ləzgi sözləri ilə bağlıdır. Ləzgicə şəhər Ахцегь//Ахцагь//Ахчагь adlanır. Hələlik toponimin etimologiyası ilə bağlı axtarışlar davam edir. Son axtarışlar dilçi alimləri belə qənaətə gətirib: ləzgi dilində “цегь” “qala, şəhər” deməkdir. “Ax” isə bu dilin Quruş ləhcəsində “bulaq” mənasında işlənən sözdür. Beləliklə, “Ахцегь” sözü “bulaq şəhəri” mənasını verir. Axtı həqiqətən də bulaqların və müalicəvi suların məskənidir. 
    Əsərdən məlum olduğu kimi, ərəb istilası dövründə Əbu Müslimin oğlanları Ramadan, İbrahim, Yusuf, Mixtar Sancab və çoxlu nəvələri, həmçinin minlərlə suriyalı bir sıra ləzgi şəhər və kəndlərində yerləşmişlər. Bu yaşayış məntəqələri coğrafi baxımdan ləzgilərin ölkəsinin ucqarlarını da əhatə edirdi. Ərəblərin belə yerləşdirilməsi ləzgilər arasında islam dinini yaymaq, onları doğma dildən məhrum edib ərəb dilində yazmağa məcbur etmək, yerli əhalini ərəbləşdirmək məqsədi güdürdü. Lakin yadellilər öz məqsədlərinə nail ola bilmədilər. Onlar islamı qəbul etdirməkdən ötrü yerli əhali ilə 150 ilədək döyüşməli oldular. Ləzgilər nəinki ərəbləşmədilər, əksinə onların torpaqlarına köçürülmüş ərəbləri tədricən tamamilə ləzgiləşdirdilər.
 
Müzəffər MƏLİKMƏMMƏDOV
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
Яран сувар Пример самоотверженности Иервал туькIуьрзава Кьулан вацIук сел кумай кьван... Яран сувар, жуван сувар
Статьи из этой рубрики
Qusar nahiyəsi 1915-1919-cu illərdə Ləzgi qaçaqları yaxud onları qaralayanlara cavab Ləzgi qaçaqları yaxud onları qaralayanlara cavab Ləzgi qaçaqları yaxud onları qaralayanlara cavab Ləzgi qaçaqları yaxud onları qaralayanlara cavab
ЦIИЙИ ТИЛИТ
№: 3(348)
апрель, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Tarixin izi ilə
Qarabağ müharibəsi
Яран сувар
Yubiley
Люди и судьбы
Диктант
Дагъустан
Редактордин гаф
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
Жеч гьа!..
И чил хайи диге я
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Добрые вести
Лезги чIалан месэлаяр
Марагълу инсанар
Новости Россотрудничества
Redaksiyaya məktub
Известные лезгины
Языки мира
Квез чидани?
Лезгияр вирина
SOS!!!
Юбилей
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Чи адетар
Мораль
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Известные кавказоведы
Çıxışlarımızın əks-sədası
Алимрин веревирдер
Чешне къачу!
Чакай кхьенай ...
Эпитафия
Барка
Ша, лезги чIалал рахан!
Хабарар
Харусенят
Этнография
Тарихдин геле аваз
Поэзия
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ