Diqqət: İnsan taleyi! | 4(349) 2021


Mən, Məmmədova Səbirə Sabir qızı 1973-cü ildə Masallı rayonunun Şərəfə kəndində anadan olmuşam. Ailə qurub Bakıya gəlmişəm. Təəssüf ki, ailə həyatım uğursuz oldu. Həyat yoldaşım içki düşkünü olduğundan 4 yaşlı oğlumu götürüb o evdən qaçdım. Dərzi işləyən bacımgilə pənah apardım. Mən də dərziyəm, onun yanında işləməyə başladım. Çətinliklərə baxmayaraq, mən ayağa qalxdım, çünki oğlumu böyütməli idim. Oğlumun 14 yaşı var, onkoloji xəstədir. Uşağı iki dəfə əməliyyat etdirmişəm, lakin hər iki əməliyyat uğursuz olub. 15 yaşdan sonra uşaq yenidən əməliyyat olunmalıdır. Mən ruhdan düşmədim. Oğluma da, özümə də hər şeyi yasaq etdim, işləyib öz halal zəhmətimlə Masazır kəndində ev ala bildim.Uşaq daim yanımda, gecə-gündüz işlədim. Böyük ümidlərlə yaşayırdım. Evi alanda oğlum 5-ci sinfə gedirdi. Ev balaca idi, amma bizə bəs edirdi. İki il yaşadıq. Yol uzaq idi. Oğlum Cavid prospektində İncəsənət gimnaziyasında oxuyur, tar sinfinə gedir. Bacımın əri Əliyev Seymur Cəbrayıl oğlu dedi ki, guya bacıma ev almaq istəyir. Məcbur edib mənə də evimi satdırdı. Midanın binalarından mənimçün də ev alacağına söz verdi. Evimi Elnarə Abdullayeva adlı bir dələduza satdı. İndi Elnarə həbs olunub, Seymur isə azadlıqda gəzir. Zənglərimə də cavab vermir.
İndi oğlumla küçələrdə, məhkəmə qapılarında qalmışam. Mənim döymədiyim qapı qalmayıb. Üzümü sizə tuturam, vətənimin ziyalıları! Başımın örpəyini ayaqlarınızın altına atıram.
Hörmətli “Samur” qəzetinin kollektivi! Hörmətli Sədaqət xanım! Sizin haqq-ədalət tərəfdarı olduğunuzu bilirəm. Haqqıma çatmaqda mənə kömək edin! Sizə yalvarıram, səsimə səs verin! Namusla, alnının təri ilə xəstə övlad böyüdən bir anaya kömək edin! Çox çarəsizəm. Mənim telefonum: 070 241 54 15
Səbirə Məmmədova
Комментарии к статье
Будьте первым кто оставит комментарий к статье.Оставить комментарий