Könlüm bahar istəyir
Поэзия  |  7(352) 2021      
    Şair Xutra Ramazan (Xutrayev Ramazan Mahama oğlu) 1948-ci ildə Balakən rayonunda anadan olmuşdur. Orta təhsilini doğulduğu Qabaqçöl kəndində almış, Azarbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirmişdir.
    Balakən 1 saylı orta məktəbində riyaziyyat müəllimi işləmiş, məktəb direktoru vəzifəsində çalışmışdır. Avar və Azərbaycan dillərində şeirlər yazır. Onun dərin mənalı şeirləri lirikası və obrazlılığı ilə yadda qalır.  “Könlüm bahar istəyir”, “Gecikən nəğmələrim”, “Səadətə apar bizi”, “Əbədi, dönməzdir istiqlalımız”, “Qoruyaq dünyamızı” kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Fəal ədəbi və ictimai fəaliyyətinə görə Mahmud Kaşqari adına Beynəlxalq Fondun mükafatına layiq görülmüşdür. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi” medalı ilə təltif olunmuşdur.
 
UNUTMA
 
Oğul, kimə qalıb ömrün baharı?
Sərt qışı var, dumam var, unutma.
Bu həyatda gözüaçıq ol, barı,
Yaxşısı var, yamanı var, unutma.
 
Çox inanıb uyma hər şirin dilə,
Xırmanını sovurma heçdən yelə,
Öz ağlının xəlbirində ələklə,
Saf dəni var, samanı var, unutma.
 
Bizə qalan etibarsız dövrandı,
Xəbislərin nə vüqarı, nə andı?
Kim aldadır, kim aldanır, amandı,
Tülküsü var, aslanı var, unutma.
 
Hərcayilik mərd oğula yaraşmaz,
Hər cahıldan, hər qoçaqdan kar aşmaz.
Bala sərçə zirvələrdə dolaşmaz,
Yüksəyin öz tərlanı var, unutma.
 
Xudbinlərin qəlbi, gözü dar olar,
Comərd yaşa, tale sənə yar olar,
Nəsibinsə şöhrət ilə var olar,
Vədəsi var, zamanı var, unutma.
 
EL QIZI
 
Şagirdim olmuş Asiyat Tinayevaya
 
Ürəyində bulaq kimi qaynayır
Elə bağlı duyğuları bu qızın.
Ömrünün hər mənasında yaşayır
Saf niyyəti, düz ilqarı bu qızın.
 
Fitrətini haqdan alıb, haqladır,
Məsləkini xalqdan alıb, xalqladır,
Qəlbi, canı, ruhu bu torpaqdadır,
Car-Balakən iftixarı bu qızın.
 
Güvəndikcə hünərinə, gücünə,
El kökünə, el dilinə, sözünə
Səxavətlə açılıbdır üzünə
Böyük elmin qapıları bu qızın.
 
Şagirdimdi bir vaxt, çıxmaz yadımdan,
Şeiriyyətdi qəlbi uşaq yaşından.
İrəlidi indi yaşıdlarından, –
Qönçələnir arzuları bu qızın.
 
Mələklərin arasından gəlibdi,
Gül çöhrəsi ipəkdən də zərifdi,
Ürəyini millətinə veribdi,
Türk elidi tacıdarı bu qızın!
 
ÇİÇƏK SEVGİSİ
 
Bilmirəm bu halət nədir, nədəndir,
Elə hey yazıram güldən, çiçəkdən.
Bəlkə də sevdalı ürəyimdəndir,
Bir belə vurğunam çiçəklərə mən.
 
Bu xumar baxışlı çiçəklər məni
Salıb haləsinə, çıxa bilmirəm.
İlk eşqə mübtəla növcavan kimi
Bir özgə gözələ baxa bilmirəm.
 
Gecə çiçək girir yuxularıma,
Gözümü açandan çiçək görürəm.
Gül verə bilməsəm bir gün yarıma,
O gün pərişanam, mütəəssirəm.
 
Ruha nə xoş gəlir gül rayihəsi –
Bu məhrəm duyğular, bu ülvi hisslər.
Gözəldir quş səsi, çiçək nəfəsi,
Duymağı, sevməyi bacarsan əgər.
 
Mənim gözlərimdə səma da, yer də
Çiçək rəngindədir – düşünürəm mən.
Göy qurşağındakı nəfis rənglər də
Hərəsi bir çiçək rəngimi görən?
 
Duyğusuz sinədir çiçəksiz çöl də.
Çiçəkli çəməndə axtarın məni.
Mənim əzizlərim, son mənzilə də
Çiçək karvanıyla aparın məni.
 
BALAKƏNİM
 
Məğrur-məğrur dağların
Kürəyimdi, arxamdı.
Nəğmə dolu düzlərin
Ürəyimə ilhamdı
Ay manim Balakənim.
 
Çiçək-çiçək sinəni
Qarış-qarış dolannam,
Sellərində yuyunub,
Yellərində darannam,
Ay mənim Balakənim.
 
Qollarımı qoynuna
Geniş-geniş açaram.
Doğma ana-balatək
Sənlə qucaqlaşaram,
Ay mənim Balakənim.
 
Ərənlərin yurd yeri.
Gözəlliklər məskəni,
Adın dillər əzbəri
Necə sevməyim səni,
Ay mənim Balakənim.
 
Mənim könül baharım,
Solmayan gülzarımsan,
Fəxrim, şanım, vüqarım
Tükənməyən varımsan,
Ay mənim Balakənim.
 
Sənə and verə-verə
Yaşayım, yanım-yanım.
Mənim əzəl beşiyim,
Mənim axır ünvanım,
Ay mənim Balakənim.
 
AYRILARMI?
 
Biri şərqin qapısı,
Biri qərbin qapısı,
Tanıdıbdır Qafqazı
Cahana hər bir zaman,
Azərbaycan, Dağıstan.
 
Biri güneyə bəzək,
Biri quzeyə bəzək,
Qafqaz sizə ana tək,
İki doğma qardaşsan,
Azərbaycan, Dağıstan.
 
Biri zirvədən su alır
Göy Sulak, gözəl Samur,
Bir günəşdən nur əmir
Mavi Xəzər qoynundan
Azərbaycan, Dağıstan.
 
Dağların əzəmətli,
Düzlərin bərəkətli,
Oğlun, qızın qamətli,
Mənəm hüsnünə heyran,
Azərbaycan, Dağıstan.
 
Avar ilə azəri
Birdir əzəldən bəri.
Adlayıb tarixləri
Çıxıb hər imtahandan
Azərbaycan, Dağıstan.
 
Sərhədlər ayırsa da,
Bədniyyətlər varsa da,
Ayrılarmı dünyada
Ürəkləri bir vuran
Azərbaycan, Dağıstan.
 

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Хуьлуьхърин гъарикI зул Прорубим окно в Европу Гъазаватдиз эвер гайи ЦIехуьлви ЦIийи фильм – «Квахьай йикъарган»
Статьи из этой рубрики
В поисках талантов Булахда яд ава СтIал Сулейманаз гуьмбет хкажна Лезги чIал кIанарзава Са маса тIям ава Ватандин чилихъ
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ