Şamama
Ləzgi xalq nağılı Фольклор  |  6(265) 2013      
Bir kənddə bir qoca ilə qarı yaşayırdı. Onların evində iki qız böyüyürdü. Qızlardan biri qarının, o biri qocanın idi. Qocanın qızı gözəlliyi, xoş xasiyyəti və zəhmətkeşliyi ilə seçilirdi. Qarının qızı isə dalaşqanlığı və tənbəlliyi ilə tanınırdı. Qarı doğma qızını daim əzizləyər, ögey qızına isə göz verib, işıq verməzdi.
Bir gün qarı qocaya əmr elədi:
- Qızını hara istəyirsən apar, təki gözüm onu görməsin.
Qoca xurcununa bir şamama qoyub peşman halda qızını da götürüb evdən çıxdı. Onlar bir xeyli yol gedəndən sonra kəndin qurtaracağındakı tarlaya çatdılar. Oturub yorğunluqlarını almaq qərarına gəldilər. Qızının yuxuya getdiyini görən qoca şamamanı onun yanında qoyub evə qayıtdı.
Bir azdan qız oyandı, gördü ki, tarlada tək-tənhadır, yanında isə balaca bir yemiş var. O, acı-acı ağladı. Bu vaxt bir dəstə qarğa onun başı üstündə dövrə vurmağa başladı. Onlar qarıldaşdılar:
- De görüm, sən quşcuğazsanmı?
- Hə, mən yazıq quşcuğazam, - deyə qız cavab verdi.
Bu sözləri eşidəndə qarğalar ona to-xunmayıb, uçub getdilər.
Qız şamama ilə oynamağa başladı. Sonra ona dedi:
- Ah, şirin yemiş, səni yeyim, yeməyim?
Şamama dil açdı:
- Yaxşısı budur, məni yerdə diyirlə.
Qız onun sözünə əməl etdi. Birdən yemişin diyirləndiyi yerdə gözəl bir ev ucaldı.
Qız sevindi. Bir azdan o, şamamadan soruşdu:
- Ah, şirin yemiş, səni yeyim, yeməyim?
Şamama isə bu dəfə dedi:
- Məni tarla aşağı diyirlət.
Qız onun dediyi kimi elədi. Birdən onun qarşısında bir təndir peyda oldu. Onun içində indicə bişmiş çörək var idi. Qız ləzzətlə çörəyi yeyib yenidən şamamani oynatdı. Du dəfə şamama diyirlənib tarla aşağı getdi və arabaya çevrildi. Arabada nələr yox idi: pal- paltar, süfrə, yorğan-döşək... 
Qız onları evə daşıdı, çörəyin üstünü süfrə ilə örtdü. Sonra isə bəzənib çölə çıxdı. Yenidən şamamanı diyirlətdi. Bu dəfə şamama lap uzağa diyirləndi və gözəl bir xalçaya çevrildi. Elə bu vaxt bir gənc çoban oradan keçirdi. O,  sevincək halda xalçanın üstündə oturdu. Xalça o saat göyə qalxdı və uçub düz qızın yanında aşağı endi. Çoban qızı görüb heyrətə gəldi: 
- Sən kimsən, gözəl qız? - deyə soruşdu.
- Ögey anam məni evdən qovdu, doğma atam məni çöldə azdırdı. Bu ba-laca şamama isə məni aclıqdan və tənhalıqdan qurtardı. Üstəlik bu gözəl evi də mənə bağışladı, - deyə qız cavab verdi.
Oğlan bir könüldən min könülə qıza aşiq oldu. Onlar evləndilər, balaca şamamanı isə pəncərənin qabağına qoydular.
O vaxtdan aylar ötdü. Bir dəfə qarı qocaya dedi:
- Get, heç olmasa qızının sümüklərini yığıb gətir.
Qoca tarlaya yollandı. Burada gözəl bir ev ucalırdı. İçəridən onun qızı çıxaraq atasını hörmətlə qarşıladı, yedirdib-içirdib, hədiyyələrlə yola saldı.
Qoca evinə qayıdanda şad və xürrəm idi. O, gördüklərini qarıya danışanda qarı qışqırdı: 
- Yaramaz qoca, öz qızını ərə vermisən, mənim qızım isə evdə qarıyır. Tez ol, mənim qızımı da həmin tarlaya apar!
Qarı qızı üçün şirin kökələr bişirdi və onu qoca ilə yola saldı. Qoca isə qızını başqa səmtə apardı. Bir xeyli yol gedəndən sonra onlar yorulub dincliklərini almaq üçün oturdular. Qız yuxuya gedən kimi qoca evə qayıtdı.
Bir azdan qız oyananda gördü ki, böyük bir tarlada tək-tənha qalıb. O, ucadan ağlamağa başladı. Səsə bir dəstə qarğa uçub gəldi. Onlar qarıldaşıb soruşdular:
- De görüm, sən quşcuğazsanmı?
Qız hirslənib onları əlləri ilə qovmağa başladı:
- Rədd olun, lənətə gəmiş qarğalar!
Bunu görəndə qarğalar qızı dimdikləməyə başladılar.
Ertəsi gün qarı ərini tarlaya göndərdi:
- Get, gör mənim qızım necə yaşayır.
Qoca tarlaya çatanda gördü ki, qarının qızının ancaq sümükləri qalıb. O, sümükləri xurcununa yığıb evə gətirdi və arvadının qabağına atdı. Qarı acı-acı ağladı. Lakin artıq gec idi.
 
Çevirəni: Natiq SƏFİYEV

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Юбилей писателя-журналиста Чи аялар патал Бадедин йикъарган На подступах к победе
Статьи из этой рубрики
Бадейрин кьула Бадедин йикъарган Я Лацарин Гавдан дере Яран мисалар Кусары - столица фольклора
ЦIИЙИ ТИЛИТ
№: 8(353)
декабрь, 2021

Скачать PDF

РУБРИКИ
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Чи къагьриманар
Yubiley
Люди и судьбы
Шаирар
"Самур" - 30
Редакциядин дустар
Яран сувар
Qarabağ müharibəsi
Diqqət: İnsan taleyi!
İnam və iman
"Soyuq günəş"
ЦIийи фильм
Dünya xalqları
Чи тарих
Тарих авайвал
Müsahibə
Спасём планету
Dünya ləzgiləri
Дагъустан
Диктант
Чи кьегьалар
Редактордин гаф
Чи классикар
"Самур" - 20
Мах
ЦIийи ктабар
Жеч гьа!..
Dağıstan xalqları
И чил хайи диге я
Добрые вести
Milli Məclisə məktub
Новости Россотрудничества
Известные лезгины
Марагълу инсанар
Redaksiyaya məktub
Языки мира
Лезги чIалан месэлаяр
Квез чидани?
Известные лезгиноведы
Лезгияр вирина
Юбилей
SOS!!!
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Новости на все голоса
Чи хуьрер
Хъсан хабарар
Известные кавказоведы
Чи адетар
Yeniliklər
Чешне къачу!
Чакай кхьенай ...
Алимрин веревирдер
Çıxışlarımızın əks-sədası
Барка
Эпитафия
Ша, лезги чIалал рахан!
Хабарар
Тарихдин геле аваз
Поэзия
Харусенят
Этнография
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Чи сейлибур
Дайджест
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ