Qrızlar
Başlıca sərvət: xalqlarımız Dağıstan xalqları  |  11(270) 2013      

    “Qrızlar ucaboylu, sifətlərinin cizgiləri düz və zərif olan gözəl xalqdır, qadınları olduqca gözəldir, zəhmətkeş, tez özündən çıxan, tez inciyən və qisasçıdırlar. Qrızlar ağbənizdir”.
Bu sözlər məşhur rus naturalisti və etnoqrafı Nikolay Karloviç Zeydlisin 1870-ci ildə Tiflisdə çapdan çıxmış “Rusiya imperiyasının Qafqaz vilayətindəki yaşayış yerlərinin siyahısı” kitabından götürülmüşdür.
     Doğma dillərində özlərini къирицIar adlandıran, Qafqazın əl-çatmaz yüksəkliklərində, dəniz səviyyəsindən 2000 metr hündürlükdə, təbiətin əsrarəngiz gözəlliklərinin qoynunda ömür sürən qrızların tarixi haqqında qədim yunan alimi Herodot eramızdan əvvəl V əsrdə özünün “Tarix” kitabında söhbət açmışdır. Eramızdan əvvəl I əsrdə isə qədim yunan alimi Strabon özünün 17 cildlik "Coğrafiya" əsərində Qafqaz Alba-niyasında 26 tayfanın yaşadığını qeyd etmişdir. Qrızların həmin 26 tayfadan biri olduğu güman edilir.

     Uzun əsrlərdən bəri  öz etnik özünəməxsusluğunu qoruyub saxlamış bu xalq Azərbaycan respublikasının şimal-şərqində məskunlaşmışdır. Qrızlar Azərbaycanın avtoxton xalqı olub əsrlər boyu öz tarixi vətənlərində yaşayırlar. Azərbaycan tarixçisi Q.A.Qeybullayevin "Azərbaycan toponomiyası" əsərində qrızların indi yaşadıqları torpaqlara sonradan köçdükləri fikri zənnimizcə, yalnışdır və tarixi həqiqətlərə uyğun deyildir. Qrızlar əsasən Quba və Xaçmaz rayonlarında, Bakı, Sumqayıt, Quba və Xaçmaz şəhərlərində yaşayırlar.
     “Qrız” toponiminə ilk dəfə X əsr mənbələrindən olan “Abu Müslümün tarixi” əsərində təsadüf olunur. Qrız kəndində Abu Müslüm tərəfindən inşa olunduğu ehtimal olunan və onun adı ilə adlandırılan məscidin qalıqları bu günə qədər qalmaqdadır. Belə məscidlər qonşu Xınalıq və Cek kəndlərində də var.
     Qafqaz Albaniyasının digər xalqları kimi qrızlar da xristian idilər. Ərəblər onlara zorla islam dinini qəbul etdir-dikdən sonra bu xalq islamın süni təriqətinə etiqad edir. Bu xalq haqqında ilk yazılı məlumatlar alman mənşəli rus zabiti İ.Qerberə məxsusdur. İ Pyotrun İran yürüşünün iştirakçısı olmuş İ Qerberin yazdığına görə, o vaxtlar Şamaxı xanlığının tərkibinə daxil olan qrız torpaqları XVIII əsrin ikinci yarısında Quba xanlığının tabeliyinə keçmiş, 1806-cı ildə isə Rusiyaya birləşdirilmişdi. XIX əsrdə rus müəlliflərindən P.Butkov,   S.Bronevski, V.Leqkobıtov, İ.Berezin, daha sonralar, 1926-cı ildə A.N.Qenko bu etnik qrup haqqında məlumat vermişlər.
       N.K.Zeydlisin məlumatlarına görə 1886-ci ildə qrızların sayı 7767 nəfər olub. XIX əsrin sonu - XX əsrin əvvəllərində nəşr olunmuş Brokqauzun və Efronun “Ensiklopedik lüğəti”ndə verilən məlumatlarda qrızların Quba qəzası əhalisinin 1,1 faizini təşkil etdiyi və onlara Qubadan kənarda təsadüf olunmadığı diqqətə çatdırılır. 1926-cı ilin ümumittifaq siyahıya-alınmasına görə qrızların sayı 2600 nəfər təşkil edib. 1959-cu ilin siyahıyaalınması zamanı qrızlar ayrıca etnik qrup kimi qeydə alınmasalar da, SSRİ ərazisində onların sayının 273 olduğu göstərilmişdir. 1960-cı ildə məşhur qafqazşünas alim Y.D.De-şeriyev qrızların sayının 4-7 min arasında olduğunu qeyd etmişdir. 1990-cı ilin sonu - 2000-ci ilin əvvəllərində qrızların sayı 6-8 min təşkil etmişdir. Filologiya elmləri doktoru, qrız dilinin tədqiqçisi Vəli Xıdırov 2005-ci ildə qrızların sayının 10 - 15 min arasında dəyişdiyini qeyd etmişdir. Azər-baycanda 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasına görə qrızların sayı 4400 nəfər olmuşdur.
     N.K.Zeydlis qrızların keçmişdə əsasən heyvandarlıqla məşğul olduğunu, bəzi hallarda öz gəlirlərini Qubaya və Şamaxıya gedən karvanlara hücum etməklə artır-dıqlarını, lakin XIX əsrin 40-cı illərindən başlayaraq öz qüvvələrini taxılçılığa yö-nəltdiklərini qeyd etmişdir. Onların düzən yerlərdəki torpaqları meşələrdən təmizləyərək burada 57 təzə kənd saldıqlarını və məhsuldar meyvə bağları əkdiklərini göstərən müəllif qrızların yaxşı əkinçi olduqlarını vurğulamışdır.
Tarixçilərin qeyd erdiklərinə görə 1860-1880-ci illərdə qrız kəndlərinin əhalisinin çoxalması, əvvəllər mövcud olmuş ənənəvi patriarxal ailələrin parçalanmağa başlaması, eləcə də Quba qəzasının şimalında yerləşən Müşkür mahalında taxılçılığın, ələlxüsus da çəltikçiliyin inkişafı, biyan sahələrinin genişlənməsi, biyançılıq sə-nayesinin inkişafı ilə əlaqədar qrız kənd-lərinin əhalisi buraya köçməyə başlayır.
      XVIII əsrdə əhalinin sıxlığı ilə seçilən Müşkür mahalındakı qrız obalarının sayı 58-ə çatırdı. Onlardan 35-i Qrızdan, 23-ü Cek kəndindən köçənlərdən təşkil olunmuşdu. Əksər tədqiqatçılar qrızların ən qədim yaşayış yerlərindən biri kimi Qrız kəndinin adını çəkirlər. Onlar dağlardan düzən yerlərə köçərək öz obalarını yaratmış, yerli əhaliyə qarışaraq assimilyasiya olunmuşlar. Yergüc kəndinin sakinləri isə Xaçmaz rayonunda eyniadlı kənd yaratmışlar.
     Füsunkar təbiəti, sərt iqlimi, keçilməz dağ yolları ilə seçilən Qrız kəndi Ağ dağın ətəyində, dəniz səviyyəsindən 2171,4 metr yüksəklikdə yerləşir. Onun ətrafında bir neçə çay, şəlalə, bulaq çağlayır, burada qədim mağara və bir neçə müqəddəs yer var.  Azərbaycanın ən çox qar yağan ərazisi olan bu kəndin qışda ətraf aləmlə əlaqəsi tamam kəsilir. Hazırda kənddə 30-40 ev var və onlarda təxminən 368 nəfər yaşayır. Halbuki yaxın keçmişdə burada 777 evdə 8 mindən çox əhali yaşayırdı.   
     Kəndin o dövrün ictimai-siyasi hadisələrində nə cür əhəmiyyətli rol oynadığını Tofiq Mustafazədənin "Quba xanlığı" əsərindən də görmək olur. Müəllif qeyd edir ki, rus işğalçılarına tabe olmaq istəməyən  Şiyxəli xan öz ailəsini Çərəkə adlı kiçik çayın kənarında yerləşən Qrız kəndində yerləşdirmişdi. O, hər gecə kəndə gəlir və burada öz sadiq adamları ilə məsləhət-ləşmələr aparırdı. Şixəli xan  Qrız kəndini özünə iqamətgah seçərək buradan xanlığı idarə etməyə başlamışdı. A.A.Bakıxanova görə,  Şixəli xan Qrız kəndinin yaxınığında yeni şəhər salmağa və kəndi geniş-ləndirməyə başlamışdı. Yeni yaradılacaq şəhər istehkam xarakteri daşımalı idi.
     Qrızlar oturaq həyat keçirərək heyvandarlıqla məşğul olmuş, əkinçilik də onların həyatında əhəmiyyətli rol oynamışdır. Burada həmçinin xalçaçılıq inkişaf etmişdi. Qrız qadınlarının toxuduqları xalça, palaz və yun corablar əlvan rəngləri və naxış-larının zənginliyi ilə diqqəti çəkirdi.
     1941-1945-ci illər Böyük Vətən mühari-bəsi illərində kəndin əhalisinə qarşı əsil qenosid siyasəti həyata keçirilmiş, buradan  bütün yaşlı, gənc və hətta yeniyetmə kişilər cəbhəyə göndərilmişdir. Onların çox hissəsi müharibədə həlak olmuşdur.  Əhalinin dediyinə görə, Mozdok ətrafında gedən döyüşlərdəki topların səsi Qrıza kimi gəlib çatırdı. Müharibə vaxtı kəndin yaxınlığında Qırmızı ordu hissələri yerləşdirilmişdi. Daim təşviş içində yaşayan qadın, uşaq və qocaların böyük hissəsi nəhayət, Qrızdan köçməyə məcbur olur. Onlar Quba rayonunun digər kəndlərinə və əsasən də Xaçmaz şəhərinə və onu əhatə edən 24 kəndə köçmüşlər.
     Qrız dili Qafqaz dil ailəsinin ləzqi dil qrupuna aiddir. Buduğ dili ilə oxşarlığı olub genetik cəhətdən ləzgi dilinə daha yaxındır. Bəzi alimlər cek dili terminini qrız dilinin alternativ dili adlandırırlar. Yazısız dillərdəndir. 2012-ci ildə Googl-un buraxdığı “Yox olmaq təhlükəsi altında olan dillər” adlı proyektdə bu dil “yox olmağa yaxın dil” kimi səciyyələn-dirilmişdir.
Qrız dili bir sıra dialekt və ləhcələrə, eləcə də şivələrə ayrılır.  XX əsrdən başlayaraq qrız dili Azərbaycan dilinin güclü təsirinə məruz qalmışdır və bu proses son illər daha da guclənmişdir. Gənc nəsil qrız dilində danışarkən çoxlu sayda Azərbaycan sözlərindən istifadə edir. Ərəb və fars sözləri də bu dilə Azərbaycan dili vasitəsilə keçmişdir. Qrızların başlıca ünsiyyət dili Azərbaycan dilidir. Onların bir qismi ünsiyyət vasitəsi kimi ləzgi dilindən də istifadə edir. Qismən rus dili də işlənir.
      Qrız dili haqqında məlumatlara məşhur qafqazşünas A.Dirrin əsərlərində rast gəlinir. 1895-ciildə alman etnoqrafı R.Erkert Qafqaz dillərinin müqayisəli sözlüyündə qrız dilinin ) qısa qrammatik təhlilini vermiş, 535 sözü və 60 ifadəni misal göstərmişdir. 1946-ci ildə R.M. Şaumyan qrız dilinə aid lüğət materialı çap etmişdir. O, həmçinin qrız dilinin qrammatik tərkibi haqqında məlumatlar vermişdir. 1964-cü ildə Vəli Xıdırov “Qrız dilində felin əsas qrammatik kateqoriyaları” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
     Qrız dilinin qrammatik təhlili və leksikasının tam tədqiqi filologiya elmləri doktoru Şəmsəddin Səədiyevə məxsusdur. Qrız, ləzgi və Azərbaycan dillərinin tədqiqinə dair 150-dən çox elmi əsərin müəllifi olan bu alimin doktorluq dissertasiyası “Qrız dilinin tədqiq olunması təcrübəsi” adlanır. Azərbaycanın yazısız dillərinin, onlardan biri olan qrız dilinin faktiki materialı əsasında onun lüğət fondunun tərtibində alimin xidmətləri əvəzsizdir. Ş.Səədiyevin Qrız kəndinin məlumatları əsasında yazılmış “Qrız dilinin lüğət tərkibinin sabit elementləri” (1959), “Qrız dilində isimlərin hallanması” (1961), “Qrız dili” (1965) kitabları dünya qafqazşünaslıq elminə böyük töhfədir.
      5 il Azərbaycanda qrız dilini tədqiq etmiş gənc fransız linqvisti Jil Otye 2004-cü ildə Fransanın Şərq Dilləri və Sivilizasiyalar İnstitutunda qrız dilinin təsviri mövzusunda dissertasiya müdafiə etmişdir. 2009-cu ildə Parisdə onun “Qrız dilinin Əlik dialektinin qrammatikası” kitabı fransız dilində nəşr olunmuşdur.
      Azərbaycanı dünya linqvistlərinin cənnəti adladndiranlar necə də haqlıdırlar. Əsrlər boyu burada yaşamış xalqlar nəinki Azərbaycan, həmçinin Qafqaz və dünya mədəniyyətlərinə öz töhfələrini vermişlər. Dünya sivilizasiyasının ən mükəmməl sərvəti olan hər hansı bir dilin yox olması bəşəriyyət üçün faciədir. Çünki dillə bərabər onun daşıyıcılarının özünəməxsus mədəniyyəti və adət-ənənələri də itir. Məktəblərdə qrız dilinin tədris olunmaması, qarışıq nikahlar və sair amillər nəticəsində bu gün qrız dilinin növbəti nəslə ötürülməsi tendensiyasının demək olar ki, pozulması onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu dil tarixdən silinə bilər. Bu isə təəssüf hissi doğurur. Çünki hər xalqın dilində tariximiz yaşayır.

Sədaqət Kərimova

Комментарии к статье

Будьте первым кто оставит комментарий к статье.

Оставить комментарий

Имя:     Email:

Так же в этом номере
И чил хайи диге я Лезги чIалан гьалар гьикI я? Кара-Куьре Наида вилик акатна Дагъустанвийрин кьегьалвал
Статьи из этой рубрики
Xınalıqlılar Ləzgilər Udilər Buduqlar Arçilər
ЦIИЙИ ТИЛИТ
№: 7(352)
октябрь, 2021

Скачать PDF

РУБРИКИ
Шаирар
"Самур" - 30
Люди и судьбы
Yubiley
Чи къагьриманар
Tarixin izi ilə
Gəncliyimiz – qürurumuz
Müsahibə
Dünya ləzgiləri
Яран сувар
Diqqət: İnsan taleyi!
İnam və iman
Спасём планету
Qarabağ müharibəsi
Редакциядин дустар
Редактордин гаф
Дагъустан
Диктант
Чи кьегьалар
Чи классикар
"Самур" - 20
Мах
И чил хайи диге я
Жеч гьа!..
Dağıstan xalqları
ЦIийи ктабар
Milli Məclisə məktub
Языки мира
Марагълу инсанар
Redaksiyaya məktub
Лезги чIалан месэлаяр
Известные лезгины
Новости Россотрудничества
Добрые вести
Квез чидани?
Юбилей
Лезгияр вирина
SOS!!!
Известные лезгиноведы
С верой в душе
"Самурдин мектеб"
Мораль
Чи адетар
Məşhur ləzgilər
Чи хуьрер
Новости на все голоса
Известные кавказоведы
Хъсан хабарар
Чи адетар
Yeniliklər
Алимрин веревирдер
Чакай кхьенай ...
Чешне къачу!
Çıxışlarımızın əks-sədası
Ша, лезги чIалал рахан!
Эпитафия
Барка
Хабарар
Харусенят
Поэзия
Этнография
Тарихдин геле аваз
Дагестан
Народы мира
Спорт
Инсанар, кьисметар
Редакциядиз чар
Чир-течир
Yeni kitablar
Фольклор
Дайджест
Чи сейлибур
Чи тавдин кIвал

ПОЛЕЗНОЕ